Emin İmaməliyev: “Altılıq” yolunda əsas rəqibimiz “Qəbələ”dir
07.02.2011 - 11:45
“Təbii ki, Türkiyədəki təlim-məşq toplanışı faydalı oldu. Ən əsası odur ki, toplanışı zədəsiz keçirdik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun yarımmüdafiəçisi Emin İmaməliyev deyib.
Yanvarın 10-dan Antalyada hazırlıq keçən Ağdam təmsilçisi 2 gün öncə Bakıya qayıdıb. 28 günlük hazırlıq prosesi çərçivəsində 5 yoldaşlıq matçında gücünü sınayan “Qarabağ” heyətini gücləndirmək üçün də işlər görüb. 3 futbolçunun keçidini həll edən Qurban Qurbanovun drujinası mövsümün qalan hissəsinə hazırdır. Hər halda, İmaməliyev belə düşünür: “Yoldaşlıq görüşləri keçirməklə, oyun təcrübəsi topladıq. Fikrimcə, komandamız çempionata hazırdır. Yalnız Maksim Medvedev zədəlidir. Qalan futbolçular tam gücləri ilə komandaya kömək edəcəklər”.
İmaməliyev bildirib ki, fasilədən sonra “Qəbələ” ilə oyunda yeganə məqsəd yalnız qələbə qazanmaqdır: “Təbii ki, işimiz asan olmayacaq. Çünki özümüz özümüzə qarşı rəqabət yaratmışıq. Bizə qarşı var gücləri ilə mübarizə aparırlar. İlk “altılıq” yolunda əsas rəqibimiz “Qəbələ”dir. Mütləq qələbə qazanmalıyıq”.

0
0