“Neftçi” “Xəzər Lənkəran”la hazırlığa başladı
07.02.2011 - 13:24
“Neftçi” “Xəzər Lənkəran”la hazırlığa başladı
Fevralın 4-də Antalyadan ikinci təlim-məşq toplanışından qayıdan Bakının “Neftçi” klubu 2 günlük istirahətin ardından məşqlərə başlayıb. Apasport.az saytının məlumatına görə, bununla da bakılılar Premyer Liqanın XX turunun “Xəzər Lənkəran”la oyununun hazırlıqlarına start verib.

Səhər saatlarında baş tutan məşqdə, komanda üzvləri ilk olaraq trenajor zalında fiziki hazırlıq üzrə məşqçi Mehmet Akın rəhbərliyi altında müxtəlif hərəkətləri yerinə yetiriblər. Sonra məşq prosesi klubun bazasının yaşıl meydanında davam etdirilib. Futbolçular baş məşqçi Arif Əsədovun rəhbərliyi altında qaçışla kifayətlənib.