Həmişəki kimi - YENİLƏNİB
09.02.2011 - 22:48
Azərbaycan yığması Birləşmiş Ərəb Əmirliklərindəki təlim-məşq toplanışı çərçivəsində növbəti oyununu keçirib. Apasport.az saytının xəbərinə görə, Xarkov “Metallist”i ilə daha çox məşq xarakterli oyunda olduğu kimi, komandamız yenə meydanı məğlub tərk edib.
Belə ki, yığmamız Macarıstanla yoldaşlıq matçında qüvvəsini sınayıb. FİFA-nın “pəncərəsi”nə düşən qarşılaşmada millimiz öz qapısından iki cavabsız top buraxıb.
Bu, yığmamızın Macarıstana qarşı keçirdiyi 5-ci görüş olub. Tarixinin 172-ci, almaniyalı mütəxəssis Berti Foqtsun rəhbərliyi altında 33-cü qarşılaşmasına çıxan futbolçularımız əvvəlki macarlara əvvəlki 4 oyunda olduğu kimi, yenə uduzublar.
AZƏRBAYCAN – MACARISTAN - 0:2
QOLLAR: Qerqey Rudolf, 37; Tamaş Xajnal, 81
Dubay (Birləşmiş Ərəb Əmirlikləri). “Əl Şabab” stadionu
Baş hakim:Məhəmməd Əbd Əlkərim
Azərbaycan: 1. Kamran Ağayev, 2. Rail Məlikov, 4. Mahir Şükürov, 5. Elnur Allahverdiyev, 7. Vaqif Cavadov, 8. Aleksandr Çertoqanov, 13. Vurğun Hüseynov, 14. Rəşad Sadıqov (k), 15. Ruslan Abışov, 19. Rahid Əmirquliyev, 26. Murad Hüseynov
Ehtiyat oyunçular:
12. Andrey Popoviç, 6. Samir Zərgərov, 9. Samir Abasov, 10. Elvin Məmmədov, 11. Rauf Əliyev, 17. Vüqar Nadirov, 20. Fabio Luis Ramin, 21. Volodimir Levin, 22. Elnur Abdullayev, 23. Aqil Məmmədov, 25. Cavid Hüseynov, 27. Arif İsayev
Macarıstan: Qabor Kiray, Pal Lazar, Vilmos Vançak, Roland Yuxaş, Şolt Laçko, Zoltan Qera, Vladimir Koman, Akoş Elek, Balaş Cucak, Qerqey Rudolf, Tamaş Prişkin.
I hissə
Oyuna mərkəzdən millimiz başladı.
4. Qapıya ilk zərbə macarlardan gəlir. Təxminən 30 metrdən vurulan top qapıdan aralı keçdi.
5. Millimiz də hücuma atılır. Amma Murad topu özünə saxlaya bilmir.
7. Komandamızın növbəti hücumu. Amma rəqib futbolçu Vaqifin Zidansayağı fintinə qarşı kobudluq edir.
13. Komandamız cərimə zərbəsi yerinə yetirir. Ruslan Abışovun ötürməsini qapıçı tutur.
14. İlk real qol vəziyyəti. Elnur Allahverdiyevin sol cinahdan cərimə meydançasına ötürməsindən sonra top qapı çatına dəyir.
18. Macarların hücumu təhlükəli alındı. Son anda Vurğun yaxşı oynadı.
22. Oyunda ilk sarı vərəqə. Hakim Hüseynovun sifətinə zərbə vuran macarların futbolçusunu cəzalandırdı.
32. Macarlar hesabı açmağa yaxın idi. Rudolfun təhlükəli zərbəsini Kamran qapı xəttindən çıxardı.
37. Hesab açılır. Rudolf yığmamızı cəzalandırır.
43. Mahirin cərimə meydançası qarşısından qapıya zərbəsi qeyri-dəqiq oldu.
Hakim ilk yarıya 1 dəqiqə əlavə etdi.
Birinci hissə başa çatdı.
İkinci 45 dəqiqə başladı.
Foqts Murad Hüseynovu Rauf Əliyevlə əvəzlədi.
47. Macarların sağ cinahdan yerinə yetirdiyi cərimə zərbəsi effekt vermir.
52. Komandamız hesabı bərabərləşdirmək üçün yaxşı şans qazanır. Amma Mahirin təxminən 20-22 metrdən qapıya zərbəsi canlı səddən qayıdır.
57. Daha bir qol şansını boşa verdik. Ruslan Abışovun cərimə zərbəsini qapıçı qapı xəttindən çıxardı.
62. Millimizin bəxti gətirdi. Macarların sol cinahdan təhlükəli hücumu az qala qolla nəticələnəcəkdi.
70. Komandamızın heyətində dəyişiklik edilir. Çertoqanovun əvəzinə meydana Arif İsayev çıxır.
81. Millimiz daha bir top buraxır. İkinci hissədə meydana çıxan Xajnalın cərimə meydançası qarşısından vurduğu qüvvətli zərbə qarşısında Kamran aciz qaldı – 0:2.
84. Cavid Hüseynov Rail Məlikovu əvəz etdi.
90+1. Macarlar daha bir qol şansını boşa verdi. Kamran rəqibin yaxın məsafədən zərbəsini dəf etdi.
Oyun başa çatdı

0
0