“Bu oyunda istəmədiyim bəzi şeylər gördüm”
10.02.2011 - 01:15
Azərbaycan millisinin baş məşqçisi Berti Foqts Macarıstanla yoldaşlıq görüşündən sonra mətbuat konfransı keçirdi. Apasport.az saytının Dubaya ezam olunmuş əməkdaşının məlumatına görə, konfransda yalnız azərbaycanlı jurnalistlər iştirak edirdi. Almaniyalı mütəxəssis öncə 0:2 hesabı ilə uduzduğumuz oyunla bağlı fikirlərini bildirdi.
- Rəqibimiz bu gün layiqli qələbə qazandı. Onlar daha sürətli oyun nümayiş etdirirdilər. Hiss olunurdu ki, futbolçuların çoxu Avropada oynayır. Onlarda qış fasiləsi olmadığından, futbolçuları formadadırlar. Macar futbolçular sürətdə bizdən tez idilər. Mən bilirdim ki, bizi yaxşı, güclü rəqib gözləyir. Bu gün mənim üçün yaxşı bir sınaq idi. Mən Macarıstanla oyunda görmək istəmədiyim bəzi şeyləri gördüm. Hücum quran zamanı 2 səhvə yol verdik və nəticədə qollar buraxdıq. Ümid edirəm ki, futbolçularım bugünkü oyunda çatışmazlıqları görüblər. Klublarına qayıdandan sonra bunun üzərində çox məşq edərək, işləməlidirlər. Biz martda görüşəndə çempionatda artıq bir neçə tur oynanılacaq. Həmin vaxt komandamın yaxşı formada olacağına ümid edirəm.
- Oyundan bir gün əvvəlki məşqdə ikitərəfli oyun zamanı bizdə belə təəssürat yaranmışdı ki, Elvin Məmmədov start heyətində yer alacaq. Ancaq bu gün ümumiyyətlə, meydana çıxmadı və deyəsən, oyundan sonra narazılığını bildirdi...
- Mən onu əsas heyətdə görməmişəm. Həmişə əsas heyəti oyun günü elan edirəm. Buna görə də görüşdən bir gün qabaq Elvinin əsas heyətdə oynayacağını bilmirdim.
- Millimizdə debüt edən Murad Hüseynovun komanda yoldaşları ilə anlaşmaqda mətinliyi hiss olunurdu. İlk 45 dəqiqədən sonra əvəzlədiyiniz gənc hücumçunun oyunu sizdə hansı təəssürat oyatdı?
- Sözsüz ki, futbolda komanda yoldaşları bir-birlərini gözəl tanıyırlar. Bilirlər ki, hara açılır, qaçır, “gözübağlı” dəqiq ötürmə verirlər. Belə idman növündə yeni futbolçu gələndə, çətindir. Mən bunu bilirdim. Muradı beynəlxalq oyunda görmək mənim üçün vacib idi. Onu deyə bilərəm ki, onun oyunda gələcəkdə çox həzz alacağıq. Muradı komanda şəklində necə oynamağı mənim üçün vacib idi və buna görə də onu start heyətində meydana buraxdım. Belə oyunlar yeni futbolçuları yoxlamaq üçün lazımdır. “Qəbələ” klubunda oynayan Murad Hüseynov, Arif İsayev kimi gənc futbolçular Azərbaycan çempionatından fərqli beynəlxalq səviyyədə tam başqa futbolun oynanıldığını hiss etməlidirlər. Bunun üçün belə yoldaşlıq görüşləri çox vacibdir. Bu, Belçika ilə rəsmi oyun öncəsi bizim üçün son sınaq oldu. Biz Macarıstanla oyunu Murada, yaxud Arifə görə uduzmamışıq. Uduzmağımızı səbəbi komanda oyunu, hücum quran zamanı etdiyimiz səhvlərdir. Bəzi futbolçular hücumda top itiriləndən sonra müdafiəyə qayıtmağı unudub. Gənc, yeni futbolçularda səhv axtarmaq lazım deyil. Bunu başqa futbolçularda etmək lazımdır.
- Yığmamız hücumda çox “dişsiz” oynadı. Bunu sonu olacaqmı?
- Rəqib buna icazə versə, bəli.
- Sizcə, bir aydan sonra rəsmi oyunda rəqibimiz olan Belçika yığması buna icazə verəcəkmi?
- Mən Azərbaycanda oynayan aqressiv hücumçulardan birinin adını deyin.
- Rauf Əliyev...
- O, ikinci hissədə oynadı. Yoxsa siz oyuna baxmamısınız?
- Ümumiyyətlə, cinahlar da zəif idi. Mahir Şükürov səviyyəsindən aşağı oynadı. Vaqif Cavadov da zəif idi...
- Mahir Çernoqoriya yığması ilə yoldaşlıq görüşündən sonra oynamayıb. Onun çıxış etdiyi Rusiya çempionatında fasilədir. Şükürovda oyun praktikası çatışmır. Vaqif Cavadov uzun müddət zədəli olub, formasını yığmayıb. Mən ümid edirəm ki, klubunda yeni baş məşqçi onun özünəinamını artıracaq. Ancaq Vaqif məşqlərdə çalışdırıcısına siqnal göndərməlidir ki, mən oynamağa hazıram. Siz hamınız Vaqifin dostusunuz, həmişə onu tərifləyirsiniz. O, sizin həmkarınızdır. Gün uzun olanda, çox şey danışmaq olar.
- Yoldaşlıq görüşlərində daha çox, ən əsası yeni futbolçuları sınamaq üçündür. Ancaq sərəncamınızda olan çox futbolçuları meydana buraxmadınız. Bunlardan biri olan Samir Zərgərov isə debütantdır. Bütün bunları nə ilə əlaqələndirərdiniz?
- Təlim-məşq toplanışının son günündə futbolçuların heç hamısı məni razı salmadı. Bunlardan biri Samir idi. Onunla bağlı deyərdim ki, sürəti üzərində işləməlidir. Zərgərov məşqlərdən məni razı salmadığından, ikinci hissədə onu meydana buraxmadım. Ümid edirəm ki, futbolçular klublarına qayıdandan sonra çatışmazlıqlarının aradan qaldırılması yönündə işləməlidirlər.
- Macarıstanla oyundan əvvəl mətbuat konfransında komandanın hücuma gec qoşulmasından narazılığınızı bildirdiniz. Bu gün həmin problem özünü göstərdi. Belçika ilə oyuna qalan bir ay müddətində bunu aradan qaldırmaq olacaqmı?
- Sözsüz ki, ölkə çempionatında hücumları yavaş qurmağa, top itirəndə geri ləng qayıtmağa öyrəşmişik. Bu problemləri beynəlxalq səviyyəli oyunda gördük. Rəqib bu səhvlərimizdən maksimum istifadə etdi. Yada salın, birinci qolu necə buraxdıq? Qabaqda topu itiririk, iki futbolçumuz günahın kimdə olduğu ilə bağlı bir-birlərini təqsirləndirirlər. Həmin anda rəqib uzun ötürmə ilə orta xəti keçib, hücumçusuna ötürmə verir. Nəticədə qol buraxırıq. Beynəlxalq səviyyədə belə səhvləri rəqib bağışlamır. Sözsüz ki, səhvləri aradan qaldırmağa vaxt – 5-6 il lazımdır. Ancaq Türkiyə, yaxud Çexiyanı udmaqla işlər düzəlmir. Yenə sizə sular verirəm ki, millimizin futbolçularından Avropada hansı oynayır? Xaricdə oynayanın hansı heyətə düşür? Sözsüz ki, bəzi futbolçular oynamayanda çatışmazlıqları hiss olunur. Misal üçün 2 ay yazı yazmasınız, bundan sonra yazmağa başlasanız, ilk vaxtlar sizin üçün çətin olacaq. Avropa səviyyəli futbol oynamağımız üçün vaxt lazımdır. İnşallah, bu vaxt da gələcək. Onda Macarıstan yığmasını 2:0, 3:0 udacağıq. Bunun üçünsə işləmək lazımdır.
Mehman SÜLEYMANOV

0
0