“Qəbələ” “Everton”a da uduzdu
10.02.2011 - 01:47
Avropa futbolu ilə yaxından tanışlıq və təlim-məşq məqsədilə İngiltərədə səfərdə olan “Qəbələ”nin 14 yaşadək futbolçularından ibarət komandası “Dumanlı Albion”da ikinci oyununa çıxıb. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən xəbərə görə, bu dəfə onların rəqibi “Everton” olub.
Lakin “Everton” təmsilçimizin qarşısına 15 yaşlı futbolçularla çıxıb. Rəqibin heyətində bir neçə 16 yaşlı futbolçu da yer alıb. Matçın nəticəsində də bu amil – yaş və təcrübə faktoru böyük rol oynayıb.
Bir gün öncə “Mançester Yunayted”ə 0:3 hesabıyla yenilən “Qəbələ” “Everton”la oyuna yorğun çıxıb və həmyerlilərimiz qarşılaşmadan 4:0-lıq məğlubiyyətlə ayrılıblar. “Qəbələ”nin oyun boyunca bir neçə fərqlənmək imkanı olsa da, azyaşlı futbolçularımızın həyəcanlarına qalıb gələ bilməməsi hesabın dəyişməsinə imkan verməyib. “Everton”un əsas komandasının məşq etdiyi “Finç Farm” meydançasında baş tutan qarşılaşmaya rəqib düşərgəsində böyük maraq olub.
Matçı izləyənlər arasında “Everton”un əsas heyətində köməkçi məşqçi kimi çalışan Deyv Bellovs və klubun akademiya meneceri Martin Valdronun olması bu fikri bir daha əsaslandırır. Qarşılaşmadan sonra “Qəbələ” rəsmiləri ilə “Everton” rəhbərliyi arasında işgüzar görüş keçirilib. Toplantıda tərəflər arasında əlaqələrin genişləndirilməsi, “Everton”dakı infrastruktur imkanlarının Qəbələdə tətbiqi məsələləri müzakirə olunub.

0
0