“Bizim futbol həmişə problemlidir”
12.02.2011 - 00:01
Azərbaycan yığmasının və “Xəzər Lənkəran” klubunun qapıçısı Kamran Ağayevin apasport.az saytının Dubaya ezam olunmuş əməkdaşına müsahibəsi
- Macarıstanla oyun günü 25 illik yubileyiniz oldu. Ancaq bunu qələbə ilə qeyd edə bilmədiniz...
- Futbolda belə şeylər olur. Əsas rəsmi oyunlardır.
- Macarların qapımıza vurduğu ilk qol gözlənilməz olmaqla yanaşı, anlaşılmazlığın nəticəsi oldu. Həmin epizodda irəli çıxmaq istəsəniz də, sonradan dayandınız...
- Qol mövqe səhvinin nəticəsində oldu. Macarlar ağıllı oynadılar, ağıllı da qol vurdular. Belə oyunlar çox lazımdır ki, öyrənək.
- Ancaq zəif oynadıq...
- Çünki hazır deyilik. Futbolçular təlim-məşq toplanışlarından gəliblər. Türkiyədə klubların heyətində çempionata hazırlıq keçirdik. Yığmamızda bəzi futbolçular yox idi.
- Problemi yalnız bununla bağlı olar?
- Bizim futbol həmişə problemlidir. Problemsiz olmayan günümüz yoxdur ki? Vaxt, çox işləmək lazımdır. Hər şey öz yerini tapacaq. Əsas odur ki, seçmə mərhələyə oyunlarına hazır olacaq.
- Belçika ilə görüşə bir aydan artıq vaxt qalıb. Bu müddətdə hazır ola bilərikmi?
- Bir ay çox vaxtdır, az deyil. Bu müddətdə hamı klublarında işləyəcək, oyun praktikası qazanacaq. Həmin vaxt artıq istirahətdən yox, oyunlardan gələcəyik. Mən biləni hazır olacağıq.
- Ümumiyyətlə, səfərdə belə məğlubiyyətlərindən sonra vətənə ruh düşkünlüyü ilə dönmək çətin deyil?
- Ruh düşkünlüyü deyəndə ki, adam artıq əsəbiləşir. Belə də danışanda, deyirlər ki, yenə başladı özündən razı danışmağa... Hara gedirik, uduzuruq. Bu, adama üzücü gəlir. Yalnız bunu deyə bilərəm, başqa heç nə. Daha nə demək olar ki? Düzdür, bu yoldaşlıq görüşlərində futbolçuları yoxlayırlar. Belə götürəndə bu, normal haldır.
- Bu məğlubiyyətdən sonra çempionatda “Neftçi” ilə derbi oyuna köklənə biləcəksiniz?
- Biz futbol oynayırıq. Demək olmaz ki, özümü tam hazır sayıram. “Neftçi”yə qalib gəlməyimiz üçün hazıram.
- Macarıstanla görüş öncəsi “Neftçi” ilə oyun haqda soruşduğumuz zaman bütün diqqətinizi yığmanın oyununa yönəltdiyinizi dediniz. İndi deyə bilərsiniz ki, rəqib futbolçularla derbi haqda nə danışırdınız? Özü də 3 ildən artıq “Neftçi”dən qol buraxmamaqla bağlı uğurlu seriyanız var...
- Burda elə şeyləri fikirləşmirik. Biz meydanda Azərbaycan xalqını təmsil edirik. Ancaq evə dönəndə öz sözümüzü deyəcəyik. Kimliyindən asılı olaraq, meydana qələbə üçün çıxacaq. İnşallah, buna nail olarıq.
- Kapitan “Xəzər Lənkəran”ın qış hazırlığını necə dəyərləndirərdi? Böyük islahatlar aparılan heyətiniz çoxmu yaxşılığa dəyişiklik olub?
- Bu, oyunlarda bilinəcək.
- Türkiyədəki yoxlama oyunlarında demək olar qalib gələ bilmədiniz...
- Yoxlama oyunlarında uduzmaq normal haldır. Uduzmamaq üçün əsas heyətini buraxırsan. Onda məğlub olmursan. Əsas heyəti buraxmaq isə əlverişli variant deyil. Çünki yoxlama oyunları yeni futbolçuları sınamaq üçündür. Mən bir şeydən narazıyam ki, yığmanın yoldaşlıq görüşündə cəmi 3 əvəzləmə oldu. “Xəzər Lənkəran” yoxlama oyunlarında bütün futbolçuları dəyişdiyindən, uduzur.
- Komandanızda Rumıniyadan gələn futbolçuların sayı xeyli çoxalıb...
- Dediyim kimi, bunu oyunlarda görəcəyik.
- Bu mənada debütdə “Neftçi” ilə görüş onlar üçün yaxşı sınaq olacaq...
- Əlbəttə. Yüksək liqada oynayan futbolçu səviyyəli olmalıdır.
- Komandanıza bir neçə həmkarınız baxışa gəldi. Yeni qapıçı olacaqmı?
- Yeni qapıçı var. Onu gətirib, müqavilə də bağlayıblar. Sadəcə, getmək məsələm vardı. Ola bilər ki, çempionat qurtarandan sonra Azərbaycandan gedərək, legioner həyatı yaşayım. Buna görə də indidən qapıçı axtarışındadırlar. Ancaq hələ ki “Xəzər Lənkəran”da qalıb, oynamağa məcburam.
- Hansı komandaya gedəcəyinizi qətiləşdirmisiniz?
- Təkliflərim var, danışıqlar gedir. Ancaq hələ ad açıqlamaq istəmirəm.
- Yəni xaricə getmək fikriniz qətidir?
- Yayda gedəcəyəm.
- İndidən hansısa klubla ilkin razılaşmısınız?
- Yox. Heç bir komandaya razılıq verməmişəm. Sadəcə, danışıqlar gedir. Razılığa gəlsək, gedəcəyəm.
- “Xəzər Lənkəran” sizi buraxacaqmı? Müqavilə baxımından problem olmayacaq?
- Klubumla söz danışmışam. Mən istəsəm, gedəcəyəm. İndi də gedə bilərdim. Ancaq “Xəzər Lənkəran”la anlaşmışam ki, indi getməyəcəyəm. O insanlarla işdə müəllim, çöldə əmi, qardaş kimiyik. Doğma olduqlarından, başqa heç nə danışmışam. Kişi kimi söz vermişik. Müqavilə nədir ki? Söz vermişəm ki, yaya kimi burdayam.
Mehman SÜLEYMANOV

0
0