“Ola bilsin, ilk “altılıq”dan kənarda qalaq” - MÜSAHİBƏ
12.02.2011 - 00:16
Ötən mövsüm ilk “altılıq”dan kənarda qalan AZAL bu dəfə eyni səhvi təkrarlamaq niyyətində deyil. Nazim Süleymanovla uğurlu nəticələrə imza atan “təyyarəçilər” avrokuboklara vəsiqə qazanmaq üçün əvvəlcə ilk “altılıq”dakı yerini təmin etməlidir. Premyer Liqanın son 4 görüşündə cəmi 3 xal qazanan AZAL qarşıdakı oyunlarda maksimum nəticə əldə etmək niyyətindədir. Qış hazırlığına xüsusi əhəmiyyət verən Süleymanov komandasını ikinci dövrənin oyunlarına tam hazır hesab etmir. Baş məşqçi ilə söhbətimizdə o, bir çox məsələlərə aydınlıq gətirdi.
- Əksər klublarımız kimi siz də qış hazırlığının əsas hissənin Antalyada keçdiniz. İstərdik Türkiyədəki təlim-məşq toplanışı ilə bağlı fikirlərinizi bildirəsiniz. Hazırlıqdan razı qaldınızmı?
- İlk hazırlığımızı yanvarın 8-dən 16-dək Bakıda təşkil etdik. İkinci hazırlıq mərhələsi üçün isə Antalyaya üz tutduq. Oradakı təlim-məşq toplanışında 4 yoxlama görüşü keçirməyi planlaşdırmışdıq. Ancaq bəzi oyunçularımızın oyun praktikalarının az olduğuna görə 5 oyun keçirdik. Əsas narazı qaldığımız məqam sonuncu rəqibin zəif olması idi. Biz güclü rəqiblə oynamaq istəyirdik ki, futbolçularımın nəyə qadir olduğunu nəzərdən keçirək. Buna baxmayaraq, zəif də olsa hazırlıqdan razı qaldım. Artıq üçüncü - sonuncu təlim-məşq toplanışını da paytaxtda başa vurub, Premyer Liqanın oyununu gözləyirik.
- Avrokuboklara iddialı olan AZAL-ı ikinci dövrənin oyunlarına tam hazır hesab etmək olarmı?
- Desəm ki, tam hazırıq, bu bir az düzgün çıxmaz. Ona görə ki, heyətimizə yeni 5 oyunçu qoşulub. Yerli futbolçu kimi MOİK-dən Cavid Rəhimovu transfer etdik. Ondan əlavə, Latviya milli komandasının müdafiəçisi Ritus Krijaklis, Albaniyanın “Vlajniya” klubundan yarımmüdafiəçisi Mənsur Limani, Belarusun “Belşina” komandasından hücumameylli yarımmüdafiəçi Gennadi Bliznyuk və bolqarıstanlı Enyo Krastoviçi heyətimizə qatmışıq. Yeni futbolçularımız komandaya uyğunlaşıblar. Həm də biz futbolçu seçərkən, sırf texniki qabiliyyətini əsas götürmürük. Bu vacibdir, amma onun kollektivə nə dərəcədə uyğunlaşıb-uyğunlaşmadığını da nəzərə alırıq.
- Yeri gəlmişkən, yeni transferlərlə bağlı fikirlərinizi bilmək maraqlı olardı...
- Onların fiziki hazırlığı məni tam qane etməsə də, yaxşı cəhətləri olduqlarına görə komandaya cəlb etmişik. Legionerlər tam hazır formada olmadıqları üçün komandamın çempionata tam hazır olub-olmadığını deyə bilmərəm. Onların komandaya necə faydalı olacaqları oyunlarda özünü göstərəcək. Bakıdakı sonuncu hazırlıqdan sonra kimlərin əsas heyətdə oynayacağı dəqiqləşəcək.
- Artıq AZAL-ın yeni bazası, stadionu demək olar ki, oyunlar keçirməyə hazırdır. Bildiyimizə görə, ilk “altılıq” oyunlarınızı məhz doğma meydanda keçirmək niyyətindəsiniz. Sizcə, bu amil komandanın oyunlarına müsbət mənada öz təsirini göstərə bilərmi?
- Əlbəttə, öz oyunlarımızı doğma meydanımızda keçirməyimiz komandanın xeyrinə olardı. Şübhəsiz, doğma meydan amili futbolçulara əlavə ruh verir. 12-ci oyunçu - azarkeşlər amilini də unutmamaq lazımdır. Stadionumuzun yeganə problemi su ilə bağlıdır. Qalan bütün problemlər öz həllini tapıb. Təbii ki, biz də istəyirik ki, tez bir zamanda öz meydanımıza köçək. Ancaq çox güman ki, ilkin mərhələnin qalan 3 oyununu “Şəfa”da keçirəcəyik. Əgər “altılıq” oyunlarınadək stadionun su problemi həll olunsa ola bilsin ki, rəqiblərimizi Şüvəlanda qəbul edək.
- AZAL Premyer Liqanın son 4 oyununda aktivinə cəmi 3 xal yazdıraraq ilk “altılıq” şansını xeyli azaltdı. Məhz son uğursuzluqdan sonra komandanızın ilk “altılıq”dan kənarda qalmaq təhlükəsi yarandı. Siz komandanızın bu şansını necə dəyərləndirirsiniz?
- İlk “altılıq”dakı yerini “Neftçi” və “Xəzər Lənkəran” təmin edib. Qalan komandaların bu mübarizədən kənar qalmaq ehtimalı var. Bizim də teorik olaraq şansımız davam edir. Son oyunlarda itirdiyimiz xallar vəziyyətimizi bir qədər çətinləşdirib. Çalışacağıq ki, qarşıdakı 3 oyunda itirdiyimiz xalları kompensasiya edək. Bizim ilk “altılıq”da qərarlaşacağımız tam dəqiqləşmədiyi üçün oynayıb maksimum xal toplamalıyıq.
- Artıq bir çox komandanın gücü eyni səviyyədədir. Təbii olaraq, xal itkisi normal qəbul olunmalıdır. Əgər ilk “altılıq”dan kənar qalsınız, bunu necə qarşılayacaqsınız?
- Hər şey ola bilər. Olsa bilsin ki, “altılıq”dan kənar qalaq. Əlbəttə, bu, bizim üçün pis olar. Allah eləməsin, “altılıq”a düşməyək. Çalışmaq lazımdır ki, oradakı yerimizi təmin edək. Ancaq futbolda hər şey olur. Buna hazır olmaq lazımdır. Hər oyuna qələbə əzmi ilə çıxmalıyıq. Çünki növbəti qarşılaşmalarda itiriləcək xalları sığortalamaq mümkün olmayacaq.
- Yəqin ki, əsas məqsədiniz avrokubolara vəsiqə qazanmaqdır?
- Real danışmaq lazımdır. Bu gün çempionluq haqda danışmaq bir az düz çıxmaz. Əsas məqsədimiz ilk “altılıq”dakı yerimizi təmin etməkdir. Hər bir klubun, məşqçinin məqsədi avrokuboklarda iştirak etmək, təcrübə toplamaq və nəticə əldə etməkdir.
- Son olaraq, bir mütəxəssis kimi milli komandanın oyunu ilə bağlı nə deyə bilərsiniz. Macarıstan millisi ilə oyunda yığmamız necə təsir bağışladı?
- Macarıstanla oyunu diqqətlə izlədim. Məğlub olmağımıza baxmayaraq, millinin heyətində yeni oyunçular gördük. Əlbəttə, yığma komandaya yeni oyunçuların gəlməsi sevindirici haldır. Bu amil komandadaxili rəqabəti daha da artırır. Digər tərəfdən meydanı məğlub tərk etməyimiz psixoloji baxımdan bir balaca mənfi təsir edir. Baş məşqçi Berti Foqts öz planını yaxşı bilir. Təbii olaraq, hər bir azərbaycanlı kimi mən də milli komandadan Türkiyə yığmasına qarşı nümayiş etdirdiyi əzmkar oyunlar gözləyirəm. Həmin oyundakı qələbə sevincini hər oyunda yaşamaq istəyirik. Ancaq futbolda hər nəticə olur. Ola bilər ki, hansısa məğlubiyyət millimizə daha da xeyir verə bilər. Düzdür, yoldaşlıq görüşlərinin nəticəsi o qədər də əhəmiyyətli deyil, ancaq qələbə olsaydı, daha yaxşı olardı.
Mənbə: “Futbol dünyası” qəzeti

0
0