Amit Quluzadə əməliyyatdan sonra danışdı
12.02.2011 - 00:29
“Artıq 5 gündür buradayam. Uğurlu əməliyyat olundum. Həkimlər yaxın günlərdə yaşıl meydanlara dönə biləcəyimi bildirdilər”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun futbolçusu Amit Quluzadə deyib.
Premyer Liqanın XV turu çərçivəsində ötən il noyabrın 28-də keçirilən “Qarabağ” – “Neftçi” qarşılaşmasının 29-cu dəqiqəsində zədələnərək oyunu yarımçıq tərk edən Amit Almaniyada uğurlu əməliyyat olunub. Ayağında ağrılar hiss etdiyini bildirən gənc futbolçu sağ ayaq biləyindən əməliyyat olunub. 1,5 saat davam edən əməliyyat uğurla yekunlaşıb.
Həkimlər 18 yaşlı futbolçunun yaxın günlərdə məşqlərə başlaya biləcəyini bildiriblər: “Əməliyyatdan sonra həkimlər bildirdilər ki, 10-15 günə məşqlərə başlaya bilərəm. Ayın 14-ü Bakıda olacam. Təxminən 10 gündən sonar məşqlərə başlayacağam”.
Quluzadə AFFA rəhbərliyi və klubu tərəfindən də diqqət mərkəzində saxlanılır. Saytımıza açıqlamasında əməliyyatdan sonra həm federasiya rəhbərliyindən, həm də klubundan onunla maraqlananların olduğunu sözlərinə əlavə etdi: “Sağ olsunlar, həm AFFA rəhbərliyi, həm də “Neftçi” mənə böyük diqqət göstərir. Əməliyyatdan sonra mənə zəng edib əməliyyatın necə keçdiyini və özümü necə hiss etdiyimi soruşdular”.

0
0