Roberto Karlos azərbaycanlı futbolçu ilə birgə oynayarsa...
12.02.2011 - 10:25
Azərbaycan yığmasının futbolçusu Mahir Şükürovun dünya şöhrətli braziliyalı futbolçu Roberto Karlosla ”Anji”də komanda yoldaşı olması qüvvədə qalır. Apasport.az saytının məlumatına görə, 38 yaşlı sol cinah müdafiəçisi son vaxtlar vətənində oynadığı “Korintians” klubu ilə müqaviləsini qarşılıqlı razılıqla pozub. Bununla da sərbəst futbolçu olan Karlos “Anji”yə gələrsə, Rusiya Premyer Liqasının ən yüksək ödənişli futbolçusu olacaq. Belə ki, Mahaçqala təmsilçisi “Real”ın heyətində 3 dəfə Çempionlar Liqasını qazanan, yığması ilə 2002-ci ildə dünya çempionu olan futbolçuya görə ildə 4-5 milyon avro məvacib təklif edir. Anlaşma 2 illik nəzərdə tutulub.
Robertonun İngiltərənin “Vest Hem” və ABŞ-ın “Los-Anceles Qelaksi” klubuna keçmək variantları da olsa, Rusiyadan aldığı təklif digər müqavilə şərtlərini üstələdiyindən, daha cəlbedicidir.
Robertonun İngiltərənin “Vest Hem” və ABŞ-ın “Los-Anceles Qelaksi” klubuna keçmək variantları da olsa, Rusiyadan aldığı təklif digər müqavilə şərtlərini üstələdiyindən, daha cəlbedicidir.
0
0