2 fərqli debüt, yaxud bakılılar üçün uğursuz tur - YENİLƏNİB
12.02.2011 - 20:27
2 fərqli debüt, yaxud bakılılar üçün uğursuz tur - YENİLƏNİB
Başa çatan qış fasiləsindən sonra futbol üzrə Azərbaycan çempionatı start götürüb. Apasport.az saytının xəbərinə görə, bu gün XX tur çərçivəsində 3 oyun keçirilib ki, həmin qarşılaşmalar paytaxt klubları üçün uğursuz olub.

Stadion tapa bilmədiyindən “Bakı”nın məşq meydançasına sığınan MOİK Premyer Liqada 16-cı yenilgisini alıb. “Hərbçilər”i bu dəfə özü kimi təhlükəli zonada qərarlaşan “Turan” üstələyib. Bununla, türkiyəli çalışdırıcı Naci Şensoy Tovuz komandasına üçüncü qayıdışını, eyni zamanda cari mövsümdə debütünü qələbə ilə qeyd edib.

Şensoydan fərqli, “Bakı”nın “sükanı arxasına” keçən Aleksandr Starkov “Muğan”a qarşı debüt matçında qələbə qazana bilməyib. Latviyalı mütəxəssis komandasının erkən qoluna sevinsə də, sonda 1 xalla kifayətlənib.

Mükafatlara iddialı digər paytaxt komandası da qərb təmsilçisindən zərbə alıb. Belə ki, “altılığ”a düşmək şansı qalmayan “Gəncə”ni qəbul edən AZAL rəqibin müdafiəsini yara bilməyib. Bununla vacib 2 xal itirən “təyyarəçilər” çox güman sabahkı oyunların nəticəsindən sonra üçüncü pillədəki yerini itirəcək.

12 fevral

MOİK - "Turan" - 0:2
QOLLAR: Georgi Çediya, 26, Yasin Abbasov, 65
Hakimlər: Ramil Diniyev, Azad Q. Hüseynov, Habil Əliyev, Feyzulla Feyzullayev
Bakı. "Bakı" klubunun təlim-məşq bazasının stadionu
İlk dövrədəki oyun – 0:2

15:00. AZAL - "Gəncə" - 0:0
Hakimlər: Elnur Muradov, Ramiz Əsədov, Munis Abdullayev, Əfqan Həmzəyev
Bakı. "Şəfa" stadionu
İlk dövrədəki oyun – 1:1

18:30."Bakı" - "Muğan" - 1:1
QOLLAR: Əziz Quliyev, 5 - Elşən Məmmədov, 47
Hakimlər: Anar Salmanov, Azər Əsgərov, Mübariz Haşımov, Elvin Əsgərov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk dövrədəki oyun – 0:1

Tura sabah keçiriləcək 3 oyunla yekun vurulacaq.

13 fevral

14:00. "Qarabağ" - "Qəbələ"
Hakimlər: Elçin Məmmədov, Roman Vasilyev, Mehman Mahmudov, Rauf Cabbarov
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu
İlk dövrədəki oyun – 1:2

16:00. "İnter" - "Simurq"
Hakimlər: Rövşən Əhmədov, Elşən Acalov, Rza Məmmədov, Fuad Həsənov
Bakı. "Şəfa" stadionu
İlk dövrədəki oyun – 1:0

18:00. "Neftçi" - "Xəzər Lənkəran"
Hakimlər: Vüsal Əliyev, Elman Musayev, Vaqif Musayev, Əliyar Ağayev
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk dövrədəki oyun – 0:1

Turnir cədvəli

1

Neftçi

19

12

5

2

36-9

41

2

Xəzər Lənkəran

19

12

4

3

23-10

40

3

AZAL

20

9

8

3

26-14

35

4

İnter

19

10

4

5

17-13

34

5

Qarabağ

19

10

3

6

21-13

33

6

Qəbələ

19

8

6

5

19-10

30

7

Bakı

20

8

5

7

27-21

29

8

Gəncə

20

5

8

7

23-26

22

9

Muğan

20

5

6

9

12-23

21

10

Turan

20

3

6

11

16-29

15

11

Simurq

19

2

6

11

12-28

12

12

MOİK

20

1

3

16

6-42

6



Bombardir: Bahodir Nasimov ( Neftçi ) – 15