Çexiyalı mütəxəssis yığmamızı qabaqlamağı əsas iş saymır
12.02.2011 - 11:48
Çexiyalı mütəxəssis yığmamızı qabaqlamağı əsas iş saymır
Qazaxıstan yığmasının yeni baş məşqçisi Miroslav Beranek Avro-2012-nin seçmə mərhələsində Azərbaycan millisini qabaqlamağı əsas işi saymır. Apasport.az saytının məlumatına görə, iddiası böyük olan çexiyalı mütəxəssis bir qrupa düşdüyü milli komandamızı turnir cədvəlində keçməklə, işini bitmiş hesab etmir. Məlum olduğu kimi, Qazaxıstan Futbol Federasiyasının rəhbərliyi ötən ay baş məşqçi postuna gətirdiyi Beranekin qarşısında yığmamızı qabaqlamaq vəzifəsini qoyub. Ancaq “iştahası diş altında” olan əcnəbi mütəxəssis strateji planını açıqlayıb. Belə ki, Beranek daha da qabağa gedərək, qrupda 4-cü yer uğrunda mübarizə aparacaq. O, bu pillədə əsas rəqibi Belçika yığmasını sayır.

Qeyd edək ki, Azərbaycan və Qazaxıstan yığmaları cari seçmə mərhələdə hələ görüşməyiblər. Yığmamız 3 xalla turnir cədvəlində 5-ci yerdə, hesabında xal olmayan qazaxlar isə sonuncudur.