Bu gün dünya futbolu tarixində ən bahalı oyun keçiriləcək
12.02.2011 - 13:41
Bu gün dünya futbolu tarixində ən bahalı oyun keçiriləcək
Bu gün İngiltərədə dünya futbol tarixində ən bahalı oyun keçiriləcək. Apasport.az saytının məlumatına görə, Bakı vaxtilə saat 16:45-də “Old Trafford” stadionunda keçiriləcək Mançester derbisi tarixə düşəcək. “Mançester Yuneyted” və “Mançester Siti” klubları əsas heyətin futbolçuları üçün 850 milyon dollar pul xərcləyib. Bunu yazan ingilis həmkarlarımızın fikrincə, Mançester rekordu uzun çəkməyəcək. Çünki cəmi 1 ay sonra İngiltərədə “Çelsi” – “Mançester Siti” oyunu keçiriləcək. Bu klubların transferləri 900 milyon dolar olduğundan, yeni rekord müəyyənləşəcək.
0