Əvvəl Kiyev “Dinamo”sunda, indi “Xəzər Lənkəran”da
12.02.2011 - 14:53
Əvvəl Kiyev “Dinamo”sunda, indi “Xəzər Lənkəran”da
“Xəzər Lənkəran” növbəti transferini də həyata keçirib. Apasport.az saytının xəbərinə görə, heyətdə qapıçı mövqeyində yaranmış boşluğu doldurmaq məqsədilə cənub təmsilçisi ukraynalı qolkiper Yevgen Kopili sıralarına cəlb etdi. Onunla 1 illik müqaviləyə imza atılıb.

24 yaşlı Kopil Ukraynanın ən tanınmış və ən titullu komandası olan “Dinamo” (Kiyev) futbol klubunun yetirməsidir. Karyerası ərzində “Dinamo”nun ayrı-ayrı yaş qruplarında forma geyinmiş Kopil həmçinin legoiner həyatı da sürüb.

Belə ki, yeni qapıçı Polşanın “Zaqlebiye” (Sosnoviek) və “Zaqlebiye” (Lyubin) klublarının şərəfini qoruyub.