Bülənt bizə uyğun deyil
12.02.2011 - 16:55
Türkiyəli mütəxəssis Bülənt Uyğun yenə azərbaycanlı futbolçuya problem yaratdı. Apasport.az saytının məlumatına görə, 40 yaşlı məşqçi əvvəl İlqar Qurbanov, sonradan Rəşad Sadıqova güvənmədi.
Uyğun İlqarı məşqçilik karyerasında ilk klubu olan, uğurla çalışdığı “Sivasspor”a 2007-ci ildə transfer etdi. Həmin vaxt Qurbanov “Xəzər Lənkəran”la “qızıl dubl” etdikdən sonra Türkiyəyə qayıtmağı üstün tutdu. Uyğun futbolçu karyerasının böyük hissəsini keçirdiyi “Fənərbaxça”dan İlqarı tanıyırdı. Belə ki, 25 yaşlı Qurbanov futbolda ilk addımlarını “Fənərbaxça”nın aşağı yaş qruplarından ibarət komandalarında atıb. Ancaq Uyğun gənc futbolçumuza “Sivasspor”da 11 oyunda (1 qol) şans verdi.
2007/08 mövsümündə daha çox ehtiyatda qalan Qurbanov oyun praktikası qazanmaq üçün Bank Asiya 1-ci divizion təmsilçisi “Boluspor”a icarəyə verilir. Orada 1 ildə (2008/09 mövsümü) 19 oyunda 3 qol vuran İlqar icarəsi bitəndən sonra müqavilə ilə məxsus olduğu “Sivasspor”a qayıdır. Ancaq orada az qalan yarımmüdafiəçinin müqaviləsinə xitam verilir və Qurbanov vətənə dönərək, “Olimpik-Şüvəlan”a keçir.
İlqardan fərqli, Rəşad isə Uyğunun transferi olmayıb. Məlum olduğu kimi, Sadıqovu ötən ilin avqustunda “Əskişəhərspor”a sabiq baş məşqçi Rza Çalımbay gətirmişdi. Ancaq bu mütəxəssis millimizin 29 yaşlı kapitanına heç şans vermədi və az sonra komandanın uğursuz çıxışına görə istefaya göndərildi. Rəşad Çalımbayı əvəzləyən Uyğun vaxtında “Əskişəhərspor”da debüt etdi və 5 oyunun hamısını əvəzedilmədən keçirərək, 1 sarı vərəqə aldı.
Ancaq Sadıqov “Fənərbaxça” ilə oyunda zədələndikdən sonra uzun müddət kənarda qaldı və qayıdandan sonra cəmi 1 dəfə meydana çıxdı. Bu isə cari ildə digər mərkəz müdafiəçisi Nadareviç cəzalı olduğu zamanı reallaşdı. Uyğun müdafiənin mərkəzində Sadıqova yox, Nadareviç-Dieqo tandeminə üstünlük verdi. Millimizin kapitanı “Əskişəhərspor”un çalışdırıcısının ona güvənmədiyini, oyun praktikası sarıdan korluq çəkdiyini görərək, klubla müqaviləsini qarşılıqlı razılıqla pozmağa qərar verdi. Bununla da Sadıqovun 2009/10 mövsümündə oynadığı “Qarabağ”a qayıdışı reallaşır.
Göründüyü kimi, həm İlqar, həm də Rəşad Uyğunun komandalarından gedəndən sonra vətənə dönürlər. Maraqlısı odur ki, indi hər iki futbolçu bir komandada oynayacaq. Çünki İlqar qış fasiləsində Bank Asiya 1-ci divizion təmsilçisi “Mersin İdman Yurdu” ilə yollarını ayıraraq, “Qarabağ”a keçdi. Onlar millimizdə komanda yoldaşı olsalar da, indiyə kimi eyni klubda oynamayıblar.
Mehman SÜLEYMANOV

0
0