Naci Şensoyun 1879 gün gözlədiyi sevinc
12.02.2011 - 15:50
Naci Şensoyun 1879 gün gözlədiyi sevinc
Türkiyəli mütəxəssis Naci Şensoy 1873 günlük fasilədən sonra Azərbaycan milli çempionatına qayıtdı. Apasport.az hesablamalarına görə, 53 yaşlı çalışdırıcı qış fasiləsində qayıtdığı Tovuzun “Turan” klubunun baş məşqçi postunda bunadək sonuncu 2005-ci ilin dekabrın 17-də Qusarda yerli “Şahdağ”la oyuna çıxmışdı. Qolsuz bərabərliklə nəticələnən həmin görüşdə sonra 2005/06 mövsümündə ilk dövrəyə yekun vurulmuş və Şensoy ölkəmizi tərk etmişdi. Belə ki, dövrlərarası fasilədə siyasətini dəyişdirən “Turan” legionerlərindən imtina edərək, yerli gənc futbolçulardan təşkil olundu. Çempionluğa oynayan komandanın birdən-birə iddiasının azalması Şensoyu də gedişinə səbəb oldu.

Premyer Liqamızda qış fasiləsindən sonra ilk oyun bu gün “Turan”ın iştirakı ilə oldu və Şensoy sonuncu pillədə gedən MOİK-lə səfər oyununda 2:0 hesablı qələbəyə sevindi. O, tovuzlularla sonuncu qələbəsini isə 2005-ci ilin dekabrın 11-da, 1880 gün öncə qazanmışdı. Bu, “Xzər Lənkəran”la ev oyununda 1:0 hesablı qələbə olub.

Qeyd edək ki, 3-cü dəfə “Turan”ı çalışdıran Şensoy əvvəllər 2002 və 2004-cü illərdə komandaya gələrək, az sonra ölkəmizdən gedib.

Mehman SÜLEYMANOV