Ramil Əliyev özünə təsəlli verir
12.02.2011 - 16:11
Ramil Əliyev özünə təsəlli verir
“Əsas heyətimizin üzvləri başqa klublara keçiblər. Biz də yeni komandayıq və zamana ehtiyacımız var”. Apasport.az saytının məlumatına görə, bu fikirləri MOİK-in baş məşqçisi Ramil Əliyev deyib.

Qış fasiləsindən sonra ilk oyununu bu gün evdə “Turan”la keçirən ordu klubu növbəti məğlubiyyətini aldı – 0:2.

Əliyev sonuncu pillədə gedən komandasının Premyer Liqada qalacağına ümidini itirmir: “2 turdan sonra ilk mərhələ bitərək, “altılıq” oyunları başlayacaq. Hələ heç nə bitməyib. Premyer Liqada qalmaq şansımızı itirməmişik. Buna nail olmaq üçün sona kimi mübarizə aparacağıq”.