Nazim Süleymanovdan “Gəncə” klubuna sərt ittihamlar
12.02.2011 - 17:29
Nazim Süleymanovdan “Gəncə” klubuna sərt ittihamlar
AZAL klubunun baş məşqçisi Nazim Süleymanov Premyer Liqanın XX turunun “Gəncə” ilə oyunu haqda fikirlərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, xal itkisini qış fasiləsi ilə əlaqələndirən Süleymanov rəqibə də ilişib: “Fasilədən sonra ilk oyun çətin olur. 2 vacib xal itirdik. “Gəncə” isə xal ehtiyatını artıraraq, “altılıq” uğrunda mübarizə aparan bəzi klublara kömək etdi. Onları da məhz həmin klublar stimullaşdırıblar”.

Xatırladaq ki, AZAL – “Gəncə” matçında qalib müəyyənləşməyib - 0:0.