Rəşad Sadıqov: 3-cü gediş, gecikən debüt, erkən endşpil
13.02.2011 - 00:00
Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqovun Türkiyədəki karyerasının 3-cü hissəsi ən qısa müddətli oldu. Apasport.az saytının məlumatına görə, 29 yaşlı müdafiəçi Superliqada əvvəl oynadığı “Kocaelispor” və “Kayserispor” klublarından fərqli, “Əskişəhərpsor”da daha az oynadı: cəmi 5 oyun (450 dəqiqə, 1 sarı vərəqə). Rəşad 2005-06-ci illərdə şərəfini qoruduğu “Kayserispor”da 10, 2009-cu ilin ilk yarısında formasını geydiyi “Kocaelispor”da 16 görüşdə iştirak edib.
Türkiyədə qol vura bilməyən Sadıqov 2005-ci ilin avqustunda “Neftçi”nin Çempionlar Liqasında mübarizəni dayandırdıqdan, Belçikanın “Anderlext” klubuna Bakıda 1:0 hesabı ilə qalib gəldiyi cavab görüşündən sonra “Kayserispor”a keçdi. Baş məşqçi Ərtoğrul Sağlamın transfer etdiyi Rəşadın ilk vaxtlar işləri yaxşı gedirdi. Ancaq qış fasiləsinə yaxın zədələnən müdafiəçi kənarda qaldı və sağaldıqdan sonra “Neftçi”yə 6 aylığa icarəyə verildi. Həmin mövsüm bitəndən sonra bürünc medalçı olan “Kayserispor”a qayıdan Sadıqov İntertoto kuboku oyunlarında iştirak etdi. Ancaq Sağlamın onu müdafiənin mərkəzində yox, sağında oynatmasından narazı olan həmyerlimiz getməyi üstün tutdu. Sadıqov yenidən “Neftçi”yə qayıtsa da, keçid “transfer pəncərəsi” bağlanana kimi çatdırılmadı. Nəticədə yarım il futboldan kənarda qalmalı olan Rəşad həmin müddətdə boş oturmayaraq, basketbol oynadı. O, Azərbaycan çempionu olan “NTD Servis Devon”unn heyətində yer aldı.
Rəşadın Türkiyəyə 2-ci səfəri qış fasiləsinə təsadüf etdi. “Neftçi”nin almaniyalı sabiq baş məşqçisi Hans-Yurgen Gede 2008-ci ilin payızında bir sıra əsas futbolçuları, o cümlədən Sadıqovu əvəzedici komandaya göndərdi. Təbii ki, orada qalmayan müdafiəçi karyerasının böyük hissəsini keçirdiyi “Neftçi”dən gedəsi oldu. Həmin vaxt özünə klub axtarmaq üçün Türkiyəyə yollanan “Kocaelispor”a keçdi və bu, “transfer pəncərəsi”nin bağlanması ərəfəsində reallaşdı. Bu komandada əsas heyətdə möhkəmlənən, demək olar bütün oyunlarda meydana çıxan, “Qalatasaray”a səfərdə 5:2 hesabı ilə qalib gəldikləri tarixi görüşdə iştirak edən Sadıqov mövsüm bitəndən ayrıldı. Futbolçumuz 6 aylıq müqavilə imzaladığı “Kocaelispor” Superliqada yerini qoruya bilmədiyindən, I divizionda oynamaq istəmədi və yeni anlaşma imzalamadı.
Yenə yayda vətənə dönən Rəşad “Neftçi” və millidə uzun illər birgə oynadığı Qurban Qurbanovun baş məşqçisi olduğu “Qarabağ”a keçməyi üstün tutdu. Burada 1 ildə uğurlu oynayan, Avroliqada hər iki mövsümdə son təsnifat mərhələsinə kimi irəliləməkdə böyük əməyi olan Sadıqovun Türkiyəyə ilk səfərinin ssenarisi təkrarlandı. Yəni “Kayserispor”a gedən vaxtda olduğu kimi, avrokuboklarda çıxışın bitməsini gözləyən müdafiəçi bundan sonra Superliqaya yollandı.
Rəşad “Əskişəhərspor”un dəvətini Almaniyanın “Borussiya” klubuna 0:1 hesabı ilə uduzduqları cavab oyunundan sonra qəbul etdi. Ancaq yeni komandasını debütünün reallaşmaq üçün onu transfer edən baş məşqçi Rza Çalımbayın istefasını gözləmək lazım gəldi. Onu bu postda əvəzləyən Bülənt Uyğun Sadıqovun əsas heyətə yolunu açsa da, tezliklə gedişinin də əsas səbəbkarı oldu. Gənc çalışdırıcı qalib heyəti dəyişməməyi üstün tutaraq, millimizin kapitanına zədəsini sağaldan sonra yalnız bir oyunda şans verdi. Bu da daha çox məcburiyyətdən, yəni digər mərkəz müdafiəçisi Nadareviçin cəzalı olması ilə bağlı idi.
Beləliklə, Sadıqov Türkiyədən vətənə yayda yox, ilk dəfə qışda döndü. Superliqada ümumilikdə 31 oyun keçirən müdafiəçi “Əskişəhərspor”la 2012-ci ilin mayın 31-ə kimi olan müqaviləsini qarşılıqlı razılıqla pozdu. Nəticədə ölkəmizdə “transfer pəncərəsi”nin son günündə “Qarabağ”a dönüşü rəsmiləşən, son transfer olan Rəşadla uzun müddətə anlaşdığı bildirilir.
Mehman SÜLEYMANOV

0
0