“Qarabağ” rəsmən “altılıq”da
13.02.2011 - 15:50
Azərbaycan Premyer Liqasının 2010/11 mövsümünün II mərhələsində ilk “altılıq”da mübarizə aparacaq daha bir komandanın adı məlum olub. Apasport.az saytının məlumatına görə, XX turun “Qəbələ” ilə oyununda qalib gələn “Qarabağ” ilkin mərhələnin son 2 turunun nəticələrindən asılı olmayaraq, “altılığ”a vəsiqəni təmin edib.
Belə ki, hesabında 36 xal olan Qurban Qurbanovun yetirmələri 7-ci pillədə olan “Bakı” üçün əlçatmaz olub. Paytaxt təmsilçisi “Qarabağ”dan 7 xal geri qalır ki, bu fərqi 2 tur ərzində aradan qaldırmaq mümkünsüzdür.
Qeyd edək ki, Ağdam təmsilçisi ilk “altılıq”da yerini təmin edən 3-cü komanda olub. Onlar artıq bu vəzifənin öhdəsindən gələn “Neftçi” və “Xəzər Lənkəran”ın yolu ilə gediblər.

0
0