“Xəzər Lənkəran” Bakını məğlub tərk edir
13.02.2011 - 16:34
“Xəzər Lənkəran” Bakını məğlub tərk edir
Əvəzedici heyətlər arasında keçirilən Azərbaycan çempionatının XX turuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, son matçda "Neftçi" və "Xəzər Lənkəran" üz-üzə gəliblər. Paytaxt təmsilçisi rəqibini 2:0 hesabı ilə məğlub edib. Bakılıların qollarını İlham Allahverdiyev vurub. O, 23-cü və 60-cı dəqiqələrdə fərqlənib.

1 Turan 20 14 3 3 36-15 45
2 Bakı 20 13 4 3 50-14 43
3 Qəbələ 20 12 4 4 45-23 40
4 AZAL 20 10 7 3 30-15 37
5 Muğan 20 9 4 7 18-16 31
6 İnter 20 7 7 6 31-31 28
7 Neftçi 20 7 6 7 28-22 27
8 Gəncə 20 7 5 8 28-28 26
9 MOİK 20 5 6 9 22-30 21
10 Qarabağ 20 3 7 10 31-39 16
11 Xəzər Lənkəran 20 4 2 14 13-41 14
12 Simurq 20 0 3 17 14-72 3