Qurban Qurbanov sevinir
13.02.2011 - 17:16
"Çempionatın yenidən başlaması münasibəti ilə hamını təbrik edirəm. Bizim üçün, bu, çox vacib oyun idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
39 yaşlı mütəxəssis Azərbaycan Premyer Liqasının XX turunun “Qəbələ” ilə oyunu haqda fikirlərini açıqlayıb: “Sevinirəm ki, qalib gəldik və "ilk altılıq"da oynamağı təmin etdik. "Qəbələ" yaxşı komandadır, atletik futbola üstünlük verirlər. "Qəbələ" "altılıq"da oynamağa layiq komandadır. Düşünürəm ki, qarşıdakı oyunlarda daha yaxşı oynayıb, "altılıq"da yerlərini təmin edəcəklər. Komandamı təbrik edirəm, uşaqlar yaxşı oynadılar. Əfran İsmayılova görə çox şadam".
Qeyd edək ki, “Qarabağ” 2011-ci ildəki ilk rəsmi matçında 3:0 hesabı ilə qalib gəlib.
Mənbə: pfl.az

0
0