Çempiondan “Qarabağ”adək
13.02.2011 - 17:39
Azərbaycan Premyer Liqasının XX turunda Ağdamın “Qarabağ” klubuna 0:3 hesab ilə uduzan “Qəbələ” cari mövsümdə ilk böyük hesablı məğlubiyyətini alıb. Apasport.az saytının məlumatına görə, qəbələlilər sonuncu dəfə ötən mövsümün sonunda 3 top fərqi ilə uduzmuşdular.
Bu, mayın 15-də keçirilən XXXII turun “İnter”lə matçına təsadüf etmişdi. Azərbaycan çempionunun rəsmiləşdiyi oyunda 1:4 hesabı ilə uduzan “Qəbələ” 19 Premyer Liqa matçı idi belə yenilgi almırdı. Həmin vaxt Ramiz Məmmədovun rəhbərliyi altında məğlub olan əyalət təmsilçisi 274 gündən sonra ağır zərbə aldı.

0
0