AZAL, “Qəbələ”, yoxsa “Bakı”?
13.02.2011 - 17:50
Bu gün Azərbaycan Premyer Liqasının ikinci mərhələsinin ilk “altılığ”ında oynayacaq daha 1 komandanın adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın ardından “İnter” də minimum vəzifənin öhdəsindən gəlib.
Son ölkə çempionu “Simurq”u məğlub etməklə, titulunu sonadək qorumaq iddiasındadır. Hesabında 37 xal olan Kaxaber Sxadadzenin yetirmələri “altılıq”da yerini təmin edən 4-cü komanda olub.
Belə ki, bugünkü 2 xoşbəxtə qədər “Neftçi” və “Xəzər Lənkəran” da istəyinə çatmışdı. Premyer Liqanın son 2 turu isə yalnız 2 vəsiqənin sahibinin adına aydınlıq gətirəcək.
Buna AZAL, “Qəbələ” və “Bakı” iddia edir. Vəziyyəti daha asan olan “təyyarəçilər”ə bu qarşılaşmalarda cəmi 1 xal kifayətdir.

0
0