Canfranko Zoladan Qurban Qurbanovadək
14.02.2011 - 00:00
Canfranko Zoladan Qurban Qurbanovadək
İngiltərəli mütəxəssis Toni Adams “Qəbələ” klubunun baş məşqçisi postunda ilk böyük hesablı məğlubiyyətini alıb. Apasport.az saytının məlumatına görə, XX turun “Qarabağ”la səfər oyunundakı 0:3 hesablı məğlubiyyət britaniyalının Azərbaycan karyerasında ilk belə yenilgi olub. Ümumilikdə, bu matç Adamsın baş məşqçi karyerasında 7-ci böyük hesablı məğlubiyyət kimi tarixə düşüb.

Qurban Qurbanovun yetirmələri ilə görüşədək Adams 4 dəfə “Uikomb Yunayted”, 2 dəfə isə “Portsmut”un baş məşqçisi kimi belə ağır zərbə almışdı. Onun Azərbaycana qədərki son belə məğlubiyyəti İngiltərə Premyer Liqasında gerçəkləşib.

2008-ci il dekabrın 26-da “Portsmut” öz meydanında “Vest Hem”ə 1:4 hesabı ilə məğlub olub. Canfranko Zolanın yetirmələri ilə dueldən sonra Adams belə hesabla uduzmurdu. Lakin 414 gün sonra “Qarabağ” “Vest Hem”in bacardığını təkrarladı.