Arif Əsədov: “Xəzər Lənkəran”ın əks-hücumları çox təhlükəli idi
13.02.2011 - 21:03
"Fasilədən sonra ilk oyun həmişə çətin olur. Komandamız potensialının 80 faizini göstərə bildi”. Apasport.az saytının məlumatına görə, vy sözləri Bakının "Neftçi" klubunun baş məşqçisi Arif Əsədov deyib.
O, Azərbaycan Premyer Liqasının XX turunun “Xəzər Lənkəran”la oyunundan sonra keçirilən mətbuat konfransında matçla bağlı fikirlərini bildirib: “Rəqib komandayla müqayisədə biz topa daha çox sahib idik. "Xəzər Lənkəran"ın əks-hücumları çox təhlükəli idi. Havanın küləkli olması və meydançanın vəziyyəti futbolçulara daha yaxşı oyun göstərməyə mane olurdu".
Qeyd edək ki, liderlərin oyunu 0:0 hesabı ilə başa çatıb.
Mənbə: pfl.az

0
0