“Roma”nın sabiq futbolçusu azərbaycanlı məşqçidən üstün oldu
14.02.2011 - 10:10
Azərbaycanlı Ramiz Məmmədovun baş məşqçisi olduğu Qazaxıstanın “Atırau” klubu Türkiyədəki 2-ci hazırlıq mərhələsində 4-cü yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Superliqa təmsilçisi Belarusun güclülər dəstəsində oynayan “Torpedo” klubuna 1:3 hesabı ilə uduzub. “Atırau”nun yeganə qoluna baxışda olan “Real”ın sabiq argentinalı mərkəz müdafiəçisi Xavyer İqnasio Leon imza atıb. Məmmədov Jodino təmsilçisindəki həmkarı vaxtilə İtaliyanın “Roma” klubunda oynayan belaruslu Sergey Qurenko olub.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
0
0