“İnter”in legionerləri “altılıq”da
14.02.2011 - 11:15
“İnter” klubunun 2 futbolçusu postsovet məkanının fərqləndirilib. Apasport.az saytının məlumatına görə, gürcüstanlı qapıçı Georgi Lomaya və latviyalı hücumçu Girts Karlson “Sport-Ekspress” qəzetinin yanvarın ən yaxşı futbolçusu ilə bağlı keçirdiyi sorğuda ən yaxşı “alıtılıq”da yer alıb.
Düzdür, Karlsonla Lomaya müvafiq olaraq 29 və 23 xalla son 2 yeri tutub. Yanvarın ən yaxşı futbolçusu Almaniyanın “Bavariya” klubunun və Ukrayna yığmasının yarımmüdafiəçisi Anatoli Timoşuk (57 xal) seçilib. Yenicə “Anji” klubuna keçən özbək Odil Əhmədov 2-ci (48 xal), rusiyalılar Pavel Poqrebnyakla (44 xal) Diniyar Bilyaletdinov (39 xal) 3-cü və 4-cü olublar.
“İnter”in ötən yay “Birlik kuboku”nu qazanmasında Azərbaycan çempionu olan bu 2 futbolçunun böyük əməyi olub. Belə ki, turnirdə qol buraxmayan Lomaya Belarusun “Şaxtyor” klubu ilə final oyununda oyun sonrası seriyada həlledici penalti zərbəsini qaytarıb, Karlson isə 6 qolla yarışın bombardiri olub.

- 156 minlik ölkədən tarixi nəticə - Kurasao DÇ-da ilk xalını qazandı
- Tonali uğrunda mübarizə - "Tottenhem"dən 75 milyonluq təklif
- Kloppdan Türkiyə sözləri - “Təzyiqə dözə bilmədilər”
- Çalhanoğlunun həyat yoldaşından sərt reaksiya: "Dünən alqışlayırdınız..."
- 8 illik həsrət bitdi - “Malaqa” yenidən La Liqada
0
0