“Neftçi”nin rekordunu təkrarlayan tapıldı
14.02.2011 - 13:26
“Neftçi”nin rekordunu təkrarlayan tapıldı
“Qarabağ” Premyer Liqanın XX turunu qələbə ilə başa vurmaqla, mövsümün rekorduna şərik çıxıb. Apasport.az saytının məlumatına görə, “Qəbələ” ilə matçdakı uğur (3:0) Ağdam təmsilçisinin ardıcıl 5-ci qələbəsi olub.

Seriyası davam edən ağdamlılar mövsümün “Neftçi”yə məxsus rekordunu təkrarlayıb. Bakılılar 2-6-cı turlarda 5 qələbəni sıralamışdı. “Qarabağ” növbəti turda bu rekordu yeniləyə də bilər. Hələlik isə iki 5 oyunluq qələbə seriyasına nəzər saldıqda, “Neftçi”nin göstəricisi daha sanballı görünür. “Ağ-qaralar” 5 qələbəni ümumi 13:0 hesabı ilə qazanmışdısa, ağdamlılarda bu rəqəm 9:1-dir.