Böyük oyunlar başlayır
14.02.2011 - 15:19
Sabah Çempionlar Liqasında (ÇL) 2 aylıq fasiləyə son qoyulacaq. Apasport.az saytının məlumatına görə, 1/8 final mərhələsinin oyunları 2 həftəyə bölündüyündən, ilk görüşlərin yarısı bu, yarısı gələn həftə keçiriləcək.
Sözsüz ki, bu həftə mərkəzi görüş Londonda baş tutacaq. 2006-cı ildə ÇL-nin finalçıları, ötən mövsüm 1/4 finalda rəqib olan “Arsenal”la “Barselona” bu dəfə daha tez görüşəcəklər. Londonlulara bu görüşlərdə rəqibinə qalib gəlmək nəsib olmayıb.
İtaliya təmsilçilərinin hər ikisi ilk oyunlarını evdə keçirəcək. “Milan” həmşəhərliləri “İnter”i qrupda qabaqlayaraq, 1-ci olan “Tottenhem”i qəbul edəcək. “Roma” da “Milan” kimi qrupunda 2-ci yeri tutduğundan, öncə meydan sahibidir. Paytaxt təmsilçisi “Arsenal”ı qrupda qabaqlayan “Şaxtyor”la heç də asan olmayan sınağa çıxacaq.
“Valensiya” – “Şalke” görüşündə isə əsas diqqət qonaqların hücumçu Raul Qonsalesə yönələcək. Belə ki, vətəninə qayıdan təcrübəli futbolçu uzun illər Madrid “Real”ının heyətində “Valensiya”ya qarşı oynadığından, tanış rəqiblə görüşəcək.
Çempionlar Liqası, 1/8 final mərhələsi
İlk oyunlar
15 fevral
“Milan” (İtaliya) – “Tottenhem” (İngiltərə)
“Valensiya” (İspaniya) – “Şalke” (Almaniya)
16 Fevral
“Roma” (İtaliya) – “Şaxtyor” (Ukrayna)
“Arsenal” (İngiltərə) – “Barselona” (İspaniya)

- Paraqvayda tarixi qələbəyə xüsusi qərar - 30 iyun rəsmi tətil elan edildi
- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
0
0