“Qəbələ”nin oyununda yenilik
14.02.2011 - 15:39
“Qəbələ”nin 14 yaşadək futbolçularından ibarət komandası bu gün İngiltərə turnesi çərçivəsində Bakı vaxtı ilə saat 22:00-da son oyununu keçirəcək. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən xəbərə görə, “Şeffild Yunayted” və təmsilçimiz arasında baş tutacaq matç daha bir yeniliklə əlamətdar olacaq.
Belə ki, komandalar həm Azərbaycan, həm də İngiltərə futbol tarixinə adını qızıl hərflərlə yazdırmış tanınmış hakim Tofiq Bəhramovun adına təsis olunan kubok uğrunda mübarizə aparacaqlar. Belə bir təkliflə çıxış edən “Şeffild Yunayted” klubu bu addımı atmaqla, həm də Azərbaycan və İngiltərə futbolu arasındakı əlaqələri genişləndirməyi hədəfləyir.
Matç öncəsi açıqlama verən klubun icraçı direktoru Trevor Birç qarşılaşmanın önəmindən danışıb: “Tofiq Bəhramov həm Azərbaycanın, həm də İngiltərənin milli qəhrəmanıdır. Məhz buna görə, qarşılaşmanın məşhur hakimin adı ilə bağlı olmasını təklif etdik və təklifimiz müsbət dəyərləndirildi. Bu addım həm ölkələrimiz, həm də klublarımız arasındakı futbol ənənələrinin inkişafına təkan olacaq”.

0
0