“Neftçi” ilə “Xəzər Lənkəran” bir-birilərinin səhvlərini gözlədi”
14.02.2011 - 16:44
“Neftçi” və “Xəzər Lənkəran” klublarının sabiq baş məşqçisi Ağasəlim Mircavadovun apasport.az saytına müsahibəsi
- Siz “Neftçi” və “Xəzər Lənkəran” arasında keçirilən oyunlarda ən çox iştirak edən baş məşqçisiniz. Özü də hər iki komandanın sükanı arxasında olmusuz. Bu dəfə kənardan izlədiyiniz görüş sizdə hansı təəssürat oyatdı?
- Fikrimcə, qeydə alınan heç-heçə kimə lazım deyildi. Bəlkə də “Xəzər Lənkəran”a səfərdə oynadığı üçün vacib idi. Azarkeşlər, eləcə də, siz jurnalistlər sağ olun ki, bu oyunun mahiyyətini daha da qaldırmısınız. İstərdim bütün oyunları belə işıqlandırasınız. İzlədiyim “Bakı” – “Muğan” matçında qonaqlar çox xoşuma gəldi. AZAL – “Gəncə” görüşündə də qonaqların çox gözəl oynadığını deyə bilərəm. Futbolda xal qazanıla da bilər, itirilə də. Ola bilər ki, təlim-məşq toplanışından çıxan futbolçular ağır yüklənmiş olurlar, kollektiv oyunları alınmır. Ancaq əsas məsələ meydanda pressinqdir. Əfsuslar olsun ki, mən komandalarda bunu görmədim. İndiki futbolda son 10 il ərzində əsas amil pressinqdir. Komandadan tez topu almaq üçün pressinq etmək lazımdır. “Neftçi” – “Xəzər Lənkəran” matçında rəqiblər bir-birlərinin səhvlərini gözləyirdilər ki, bundan istifadə edib, qol vursunlar. Düzdür, səhvlər oldu. Misal üçün, “Neftçi”nin hücumçusu Bahodir Nasimov 2-ci hissənin başlanğıcında təkbətək çıxdı. Onda qol olsaydı, oyunun axarı tam başqa ola bilər, gərginlik də artardı.
- Bu heç-heçə komandalara yox, onların rəqiblərinə sərf edirdi...
- Razıyam. Hesab edirəm ki, “Neftçi” və “Xəzər Lənkəran”ın hər ikisi xal itirdi. “Neftçi” udsaydı, rəqibi ilə xal fərqi 4 olurdu. “Xəzər Lənkəran” udsaydı, liderliyi ələ keçirib, rəqibini 2 xal qabaqlayacaqdı.
- Belə demək olarmı ki, dünənki oyunda rəqiblər daha çox ehtiyatlı oynayıb, riskə getmək istəmədilər?
- Nə deyim? Bayaq dediyim kimi, onlar kiminsə səhv etməsini gözləyirdilər. Buna isə rəqibi məcbur etmək lazımdır.
- Bu komandalar arasındakı son 6 matçda cəmi 1 qol vurulub, 5-də qolsuz bərabərlik qeydə alınıb. Ötən mövsüm 0:0-ların hamısında iştirak etmisiniz. Belə derbiyə qolsuzluq yaraşmasa da, buna artıq adət edirik...
- Qol hər bir oyuna rəng qatır. Mənim vaxtımda da qol vurmağa çalışdıq. Hətta Lənkərandakı qarşılaşmada 2 qol vurduq, ancaq saymadılar. Əlbəttə, qol olsa, bu, həm azarkeş, həm də futbolçular üçün daha da yaxşı olar. Deyək ki, istəmirdilər, yox. Belə bir söz ola bilməz. Məncə, futbolçuların ustalıq səviyyəsi o dərəcədə deyil ki, hansınınsa hesabına oyunu udmaq olar. Bax, budur məsələ. Gələn legionerdə o keyfiyyət olmalıdır ki, onun hesabına hansısa oyunu udasan. Amma güclü komandanı, zəifi yox.
- “Xəzər Lənkəran” qış fasiləsində heyətində böyük dəyişiklər edərək, yeniləşib. “Neftçi” ilə görüşdə 8 yeni futbolçusu debüt etdi. Onların oyunu diqqətinizi cəlb etdimi?
- Qəzetlər yazıb, ordan-burdan eşidirəm ki, bəs bahalı futbolçulardır. Onları alıblar ki, debütdə özlərini göstərib, sözlərini desinlər. Ancaq ilk görüşdə oyunları alınmadı və bu, adi haldır, olmalı idi. Çünki yeni yığılan komandadır, bir-birlərini başa düşmək üçün vaxt lazımdır. Ancaq açıq deyim ki, fərdi oyun qabiliyyətləri ilə seçilən futbolçular görmədim.
- “Gəncə” və “Muğan”ın səfərdə xal almalarından sonra “altılığ”a düşmək uğrunda mübarizə gərginləşdi. Sizcə, AZAL, “Qəbələ” və “Bakı”dan kim sonda kənarda qalacaq?
- Kim xal itirsə... Açıq deyirəm ki, bu komandaların futbolçularında gözlərin alışıb-yandığını, qələbə əzmini, oyunun vacibliyini dərk etmələrini görmədim. İzlədiyim 3 görüşündə AZAL yaxşı oynasa da, “Gəncə” ilə matçda nəsə süst görünürdü. Futbolçular yoldaşlıq görüşlərindən çıxmışdılar və həmin tendensiya ilə gedirdilər. Ancaq bunu “Qarabağ” – “Qəbələ” matçında görmədim. “Qarabağ” nə etdiyini bilirdi və oyunla qalib gəldi. Onlarda qələbə əzmi həddən artıq böyük idi. Mən deyim ki, “Qəbələ” ən zəif oyununu nümayiş etdirdi. Ola bilər ki, qalan komandalarda qələbə əzmi vardı, ancaq onu gərək meydançada hiss etdirəsən. Bizdə belə termin var ki, futbolçunu öz hərəkətinlə, oyununla səhv etməyə məcbur etməlisən.
- “Altılığ”a düşməyən komandalara xal o qədər vacib olmasa da, siz dediyiniz kimi, futbolçularının qələbə üçün gözləri alışıb-yanır. Məsələn AZAL-ın baş məşqçisi Nazim Süleymanov “Gəncə” ilə xal itirdikdən sonra rəqibin stimullaşdırılmasından danışıb...
- Bunu eşitdim. Sizə deyim ki, bu söz mənə qəribə gəldi. O mənada ki, hər komanda, hətta sonuncu yerdə gedən də oyunu udmaq istəyir. “Gəncə” Bakıya 360 kilometr qət edib ki, gəlib burda uduzsun? Yox. “Muğan” da həmçinin. Futbolda hər şey olur. Əsas oyundur. Komandalarımız o dərəcədə texniki, taktiki hazırlığı yüksək səviyyəli deyil ki, bununla oyunu udaq. Əzmkarlıq, komanda oyunu olmasa, gözlər yanmasa, sən heç bir oyunu uda bilməzsən. Çünki Azərbaycan birinciliyi belədir. Bir də yaddan çıxarmaq lazım deyil ki, fevralda futbol meydançalarımız o dərəcədə yaxşı deyil və buna görə də sürətli oyun olmur. Onda 2-ci amil ortaya çıxır ki, bu da əzmkar oyun və topla belə meydançada topla cəld işləməkdir. Bu, “Bakı” və AZAL üçün vacib oyunlar idi. 3 xal onları “altılığ”a həddən artıq tez yaxınlaşdırırdı. İndi ora düşmək “Qəbələ”ni də nəzərə alsaq, bu 3 komandanın özündən asılıdır.
- “İnter” sizə yaxşı tanış olan “Birlik kuboku” turnirini qazanandan sonra necə təsir bağışladı?
- Mən bu komandanın “Simurq”la oyununa 5 dəqiqə baxdım, işim vardı. Deyərdim ki, “İnter” güc itirməyərək, qalib gəldi. Ancaq eşitdiyimə görə, “Simurq”un çox gözəl qol epizodları olsa da, istifadə edə bilməyib. Ola bilər ki, rəqib zəif olduğundan, turnir cədvəlinin sonlarında getdiyindən, “İnter”in futbolçularında motivasiya az olub. Onlar az güc itirməklə, udmağın mümkünlüyü fikirləşiblər.
Mehman SÜLEYMANOV

0
0