FİFA Dmitri Kruqlovun iştirakçısı olduğu oyunu araşdırır
14.02.2011 - 16:56
Fevralın 9-da Estoniya və Bolqarıstan milli komandaları arasında keçirilən yoldaşlıq oyununun əks-sədası səngimək bilmir. Apasport.az saytının məlumatına görə, artıq FİFA nəticəsi şübhəli sayılan qarşılaşmanı araşdırmaq qərarına gəlib.
Sonda 2:2 hesabı ilə nəticələnən və bütün qolların penaltidən vurulduğu görüşlə bağlı hər 2 ölkənin federasiyasına sorğu da göndərilib. Belə ki, tərəflər oyunla bağlı məruzə hazırlamalıdır. Bolqarıstan və Estoniya Futbol Federasiyalarının təmsilçiləri isə hakimdən şübhələndiklərini açıqlayıblar. Onlar həm də matçı təşkil edən agentliklə əməkdaşlığa son verəcəklərini bildiriblər.
Qeyd edək ki, Bakının “İnter” klubunun futbolçusu Dmitri Kriulov da bu şübhəli oyunun iştirakçısı olub.

- Paraqvayda tarixi qələbəyə xüsusi qərar - 30 iyun rəsmi tətil elan edildi
- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
0
0