“İlk toxunuşda qol vurmaq hər futbolçuya qismət olmur”
14.02.2011 - 17:03
“Qəbələ”nin gücünə bələd idik. Onlarla oyunlarımız hər zaman çətin keçir. I dövrədə də bu komandaya yenilmişdik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun yarımmüdafiəçisi Əfran İsmayılov deyib.
Qış fasiləsindən sonra “Qəbələ” ilə qarşılaşan “Qarabağ” böyük hesablı qələbə qazanmaqla yanaşı, həm də I dövrədəki məğlubiyyətin revanşını aldı. Bu matçda əldə edilən 3 xal səyində turnir cədvəlinin dördüncü pilləsinə yüksələn Ağdam təmsilçisi ilk “altılıq”dakı yerini təmin etmiş oldu.
Artıq mükafatçılar sırasına düşmək haqda fikirləşən Qurban Qurbanovun yetirmələri fasilədə əsasən bu oyuna hazırlaşdıqlarını etiraf edib: “28 günlük toplanış zamanı ancaq bu oyuna hazırlaşırdıq. Bilirdik ki, qazanacağımız qələbə sayəsində ilk “altılıq”dakı yerimizi təmin edəcəyik. Şükürlər olsun ki, zəhmətimiz hədər getmədi və buna nail olduq. İndi mükafatçılar sırasına düşmək haqda düşünürük”.
Təxminən 6 aylıq fasilədən sonra rəsmi oyuna çıxan İsmayılov meydana daxil olduqdan 4 dəqiqə sonra qol vurdu. Təbii ki, bu hücumameyilli yarımmüdafiəçidə əlavə ruh yüksəkliyi yaratmaya bilməz: “Az-az oynayıb, əvvəlki formamı bərpa edəcəyəm. Həm də ağır zədədən sonra birdən birə 90 dəqiqə oynamaq risklidir. İlk toxunuşda qol vurmaq isə hər futbolçuya nəsib olmur. Gözəl qol alındı. İnşallah, qolların davamı gələcək”.

0
0