Ağasəlim Mircavadov: Demişəm ki, kimlər lazımdırsa, dəvət edin
15.02.2011 - 00:01
“Qış fasiləsində Azərbaycandan təklif almadım. Amma Rusiyadan dəvət olsa da, imtina etdim”. Bu fikirləri apasport.az saytına açıqlamasında milli komandamızın sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyib. Azərbaycan futbolunun ən titullu məşqçi olan Mircavadov indiyədək heç vaxt xaricdə işləməyib.
Ötən yay “Xəzər Lənkəran”dan 2-ci gedişindən sonra işsiz qalan 64 yaşlı mütəxəssis Rusiyadan xeyli vaxtdır aldığı təklifi dəyərləndirməyib: “Bunu evə, ailəyə görə qəbul etmədim. Həmin komandanın adını açıqlamaq istəmirəm. Dostum həmin komandanın baş məşqçisidir. Yalnız onu deyə bilərəm ki, təklif Rusiyanın 1-ci liqasından idi. Bizdə məcburi istirahət olmur axı. Məlum şeydir ki, istirahət də lazımdır”.
Mircavadov bildirib ki, hazırda “13-cü sektor” saytının layihəsində iştirak edir: “Söhbətimiz olub. Demişəm ki, kimlər lazımdırsa, dəvət edin. Yaxşı layihədir. Əlbəttə ki, bunu həyata keçirmək üçün sponsor lazımdır ki, istənilən şərait düzəlsin. Küçədə oynayıb, kənarda qalan 15-17 yaşlı futbolçuları yığmaq, məşq edib, onlar arasında seçim etmək fikrimiz var. Ola bilər ki, hansısa futbolçunu üzə çıxardaq. Belə futbolçular var ki, indiyə kimi üzə çıxmayıblar. Misal üçün, evimizin yanında açılan meydançada futbolçular gecə saat 12-dək oynayırlar, mən də oturub, baxıram. İşləmək lazımdır”.
Təcrübəli mütəxəssis bildirib ki, indiki halda yaşlarından asılı olmayaraq heç bir yerli futbolçunu itirmək olmaz: “Kənarda qala, itə bilər. Əvvəl yaxşı idi ki, bu uşaqlar küçədə tez-tez oynayırdılar. Onda məktəblər, siniflər arasında çox oyunlar vardı, idman cəmiyyətlərinin məşqçilərə onlara baxırdı. Həmin futbolçular bizim vaxtımızda 60-70-ci illərdə, 80-ci illərin əvvəlinə kimi itmirdilər. İndiki halda, küçədə şərait, meydançalar az olduğundan, pulsuz oynamağa imkan yoxdur. Bildiyiniz kimi, hansısa meydançada oynamaq üçün pul ödəmək lazımdır. Məlum şeydir ki, bu da hər bir uşağın valideyninin büdcəsinə təsir edir”.
Mehman SÜLEYMANOV

0
0