“Ağ-qaralar” kapitanını qovdu
15.02.2011 - 10:35
“Ağ-qaralar” kapitanını qovdu
“Beşiktaş” rəhbərliyi kapitan İbrahim Üzülməzi komandadan qovub. Apasport.az saytının məlumatına görə, bu barədə “ağ-qaralar”ın İdarə Heyəti qərar çıxarıb.

Onlar təcrübəli futbolçunun qovulmasını intizamsızlığı ilə əlaqələndiriblər. Belə ki, Üzülməz hesabat turunda “Ankaragücü”nə 0:1 hesabı ilə uduzduqları matçdan sonra paltardəyişmə otağında qalmaqal salıb.

O, hədəf kimi isə bir müddət öncə əlbəyaxa olduğu İbrahim Toramanı seçib. Bu isə rəhbərliyin səbir kasasını daşdırıb və onunla yolları ayırmaq qərara alınıb.

Qeyd edək ki, 36 yaşlı futbolçu 2000-ci ildən “Beşiktaş”da forma geyinir. Bu komandanın heyətində 330 dəfə meydana çıxan Üzülməz 12 qola da imza atıb.
0