Mahir Şükürov Çempionlar Liqasında
15.02.2011 - 11:09
Məşhur braziliyalı futbolçu Roberto Karlosun “Anji” klubuna keçidinin səbəbi məlum olub. Apasport.az saytının məlumatına görə, yığmaya qayıtmaq arzusundan da əl çəkməyən 38 yaşlı müdafiəçi Çempionlar Liqasında oynamaq niyyətindədir.
Karlos “Anji”nin heyətində Avropanın ən nüfuzlu klub turnirində çıxış etmək məqsədilə Rusiyaya transfer olunur. Həftəsonu Mahaçqala təmsilçisinin heyətinə qoşulacaq braziliyalı yeni komandasının liderinə çevrilmək və dağıstanlıları Çempionlar Liqasına daşımağı düşünür.
Qeyd edək ki, Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürov da “Anji”nin şərəfini qoruyur. Yığmamızın sabiq baş məşqçisi Vaqif Sadıqov isə bu komandanın çalışdırıcılarından biridir.

0
0