Aleksandr Starkov qərarını dəyişdi
15.02.2011 - 13:45
“Bakı” klubunun baş məşqçisi Aleksandr Starkovun heyətdən kənarlaşdırdığı braziliyalı futbolçular Leonardo Roşa və Jaba bu gün əsas komandanın səhər məşqinə qatılıblar. Apasport.az saytının məlumatına görə, Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışına gecikən və bu səbəbdən əvəzedici komandanın düşərgəsinə göndərilən cənubi amerikalıların cəzası yüngülləşdirilib.
Starkov klubun rəsmi internet saytına açıqlamasında rəhbərliyin mövqeyinin də qərarına təsir etdiyini bildirib: "Hər iki futbolçu ilə söhbətimiz oldu. Onlar səhvlərini başa düşdüklərini bildirdilər və bir daha belə hallara yol verməyəcəkləri barədə söz verdilər. Jaba və Roşa məndən onlara son şans verilməsini xahiş etdilər. Eyni zamanda, rəhbərliyin də mövqeyini nəzərə alaraq, bu iki futbolçunun əsas heyətə qaytarılması barədə göstəriş verdim. İnanıram ki, onlar mənim, klub rəhbərliyinin və azarkelərin ümidlərini doğruldacaqlar".
Qeyd edək ki, Jaba əvəzedici komandada qol sevinci də yaşamağa imkan tapıb.

0
0