“Bəzi klub rəhbərləri anlamadığı məsələlərə fikir bildirirlər”
15.02.2011 - 14:24
“Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirovun apasport.az saytına müsahibəsi
- Komandanız bu il ilk rəsmi görüşünə çıxdı. Rəhbərlik “Neftçi” ilə derbi matçda “Xəzər Lənkəran”ın oyununu və qeydə alınan nəticəni necə qiymətləndirdi?
- Yaxşı. Nəzər alaq ki, komanda ilk dəfə komplektləşmiş şəkildə çıxış edirdi. Hətta bildiyiniz kimi, yoldaşlıq görüşlərində futbolçular baxışdan keçirilirdi. Onlar müxtəlif mövqelərdə sınanırdılar. Futbolçular meydanda necə oynadıqlarını, bir-birlərini necə başa düşdüklərini göstərdilər. Hesab edirəm ki, oyunumuz rəhbərliklə yanaşı, görüşü izləyən hər bir şəxsi razı saldı.
- Bəs nəticə?
- Biz meydana həmişə qələbə üçün çıxırıq. Ancaq bildiyiniz kimi, “Neftçi” də sıradan bir komanda deyil. Əlbəttə, qələbə çalsaydıq, daha çox sevinərdik. Ancaq heç-heçə da yaxşı nəticədir. Səfərdə rəqibdən xal almağın özü də bir nailiyyətdir. Demək olar ki, “Neftçi” ilə görüşdə nəticə əldə olunub. Əsas odur ki, azarkeşlərin dəstəyi altında gözəl oyunu izlədik.
- Komandanız mövsümün ortasında heyətində böyük dəyişiklər etdi. Bu riskli addım deyildi?
- Mən xüsusilə bu məsələ ilə bağlı öz fikirlərimi bildirmək istəyirəm. Çoxları “Xəzər Lənkəran”a rumın futbolçuların gəlişi ilə bağlı müxtəlif fikirlər səsləndirirlər. Bir daha futbol ictimaiyyətinin bu məsələdən xəbərdar olmasını istəyirəm. Düzdü, komandaya rumın futbolçular daha çox cəlb olunub. Ancaq diqqətinizə çatdırım ki, bizdə İbrahim Banqura, Kulius Vobay kimi milli komandalarının oyunçuları var. Biri Qvineya, digəri Syerra-Leonedəndir. Bundan savayı, portuqaliyalı futbolçu Simao Brunonu transfer etmişik. Biz yalnız bur rumın futbolçu – Andrey Mureşanla uzun müddətli müqavilə bağlamışıq. Digər rumınlarla imzalanan müqavilələr isə qısa müddətlidir. Yəni, biz yaya kimi onlara baxışdan keçiririk. Buna icarə da demək olmaz. Onların transfer hüquqları bizə məxsusdur. Həmin müddətə kimi hansıları ümidləri doğrultsa, komandada qalacaqlar. Qalanları ilə yollarımızı ayıracağıq. Heç kəs elə başa düşməsin ki, “Xəzər Lənkəran” cəlb etdiyi rumın futbolçularla uzun müddətli müqavilə bağlayıb. Xeyr, belə deyil.
- Yəni, indidən demək olmaz ki, hansı rumın futbolçu ilə yayda yollarınızı ayıracaqsınız...
- Bu, ona hesablanıb ki, 5 aydan sonra hansının oyunu bizi hərtərəfli qane etsə, onu saxlayacağıq. Hətta onun həmin müddətdən sonra hansı maddi şərtlərlə oynayacağı da müqavilədə yazılıb. Ancaq klub 5 aydan sonra bəyənməzsə, müqaviləni qarşılıqlı şəkildə pozacağıq.
- Belə demək olar ki, heyətdəki böyük dəyişiklər komandanın gücləndiyini, risk etməyə dəydiyini göstərdi?
- Bu da peşəkar addımdır. Azərbaycanda indiyədək heç bir klub belə addım atmayıb. Bildiyiniz kimi, biz də daxil olmaqla bir çox klublar var ki, qışda gətirdiyi futbolçunu yayda çıxarıb. Əlbəttə, bu, birbaşa klubun büdcəsinə böyük maddi ziyan vurur. Bütün bunları nəzərə alaraq, Azərbaycanda ilk dəfə bu addımı biz atdıq. Dəvət etdiyimiz bir sıra futbolçulara müəyyən, məsələn 5 ay vaxt verdik. Onların bu müddətdə motivasiyaları olacaq. Bu il dəvət etdiyimiz futbolçuların maksimum 26 yaşı var. Yəni, gənc və perspektivli futbolçulara üstünlük vermişik. Bəzi klub rəhbərləri anlamadığı məsələlərə fikir bildirirlər. Başa düşmədiyin şeyə nə fikir bildirmək olar? Məncə, əksər klub rəsmiləri tənqid əvəzinə, “Xəzər Lənkəran”dan işi necə qurmağın yolunu öyrənsinlər.
- Ötən turdakı xal itkiləri, “İnter” və “Qarabağ”ın qələbələrindən sonra çempionluq, “altılıq” uğrunda mübarizə daha da gərginləşib. Komandanızı son 2 turda AZAL və “İnter”lə çətin oyunlar gözləyir. Həmin görüşlərdə hansı nəticəyə ümid edirsiniz?
- Hər iki rəqibimiz güclüdür. Bildiyiniz kimi, “İnter” keçən il çempion olub. AZAL isə cari mövsümdə yetərincə yaxşı oynayır. Biz ilk dövrədə qalib gəlsək də, ağır oyun oldu. Azərbaycan çempionatında asan komanda yoxdur. Biz həmin oyunlardan yalnız qələbə gözləyirik. Məqsədimiz bu görüşlərdə qalib gəlib, sonra da “altılığ”a xüsusi hazırlaşıb, uğurlu çıxış etməkdir.
Mehman SÜLEYMANOV

0
0