“Milan” uduzdu, “Şalke” ispanları ispanla cəzalandırdı - YENİLƏNİB
16.02.2011 - 01:40
“Milan” uduzdu, “Şalke” ispanları ispanla cəzalandırdı - YENİLƏNİB
Çempionlar Liqasında (ÇL) 2 aylıq fasiləyə son qoyulub. Apasport.az saytının məlumatına görə, 1/8 final mərhələsinin oyunları 2 həftəyə bölündüyündən, ilk görüşlərin yarısı bu, yarısı gələn həftə keçirilməlidir. Bu həftəyə təsadüf edən qarşılaşmalardan da yalnız ikisi bu gecə baş tutub.

Bakı vaxtı ilə saat 23:45-də başlayacn oyunlarda “Böyük beşliy”in 4 daha güclü çempionatının təmsilçiləri üz-üzə gəlib. Yalnız fransalılar 1/8 finalın ilk gününü kənardan izləməli olublar.

“Milan” həmşəhərliləri “İnter”i qrupda qabaqlayaraq, 1-ci olan “Tottenhem”i qəbul edib. İtaliyalılar matçın sonlarında qapılarından top buraxsa da, bunun əvəzini çıxa bilmədiklərindən məğlubiyyətlə barışıblar.

“Valensiya” – “Şalke” matçında isə qapılara iki top vurulub. Öncə hesabı meydan sahibləri açsalar da, almanlar tarazlığı bərpa ediblər: özü də İspaniya futbolunun əfsanəsi Raulun qolu ilə.




Çempionlar Liqası, 1/8 final mərhələsi
İlk oyunlar

15 fevral
“Milan” (İtaliya) – “Tottenhem” (İngiltərə) - 0:1
Krauç, 79

“Valensiya” (İspaniya) – “Şalke” (Almaniya) - 1:1
Soldado, 17 - Raul, 64

Qeyd edək ki, 1/8 finalın daha 2 oyunu fevralın 16-da keçiriləcək.