“Qarabağ” Quzanlıda oynaması üçün klublarımıza müraciət edəcək
15.02.2011 - 18:57
“Qarabağ” klubu təmsil etdiyi Ağdamda yenidən oynamaq istəyir. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi cari mövsümə qədər 1 il rəqiblərini Quzanlıdakı Olimpiya İdman Kompleksinin stadionunda qəbul etsə də, cari mövsümdə ev oyunlarını paytaxtda keçirir. Komanda əvvəl Tofiq Bəhramov adına Respublika stadionunda oynasa da, Tofiq İsmayılov adına Suraxanı qəsəbə arenasında təmir işləri bitəndən sonra ora qayıtdı. “Qarabağ”ın cari mövsüm üçün Bakıdakı bu arenaları sifariş edib. Komanda yenidən Quzanlıda oynamaq istəsə də, PFL buna icazə vermir. Daha doğrusu, ağdamlıların istəyinin reallaşması üçün oynayacağı rəqiblərin razılığı lazımdır.
“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl bu gün keçirdikləri mətbuat konfransında məsələ ilə bağlı sualı cavablandırıb: “Cari mövsümdə ən az 2 oyunumuzu Quzanlıda keçirmək istəyirik. Ağdamdan kənarda oynamaqla, böyük sevgidən məhrum qalmışıq. Yenidən ağdamlı azarkeşlər qarşısında oynamaq ürəyimizdən keçir. Burada söhbət şəxsi məsələlərdən yox, “Qarabağ”dan gedir. Çünki “Qarabağ” Qarabağın, bütün Azərbaycanındır. Bu mənada digər klublarımıza müraciət edərək, onlardan Quzanlıda oynamağı müsbət cavablandırmağı xahiş edəcəyik. Düzdür, qərar klublara məxsusdur və buna hörmətlə yanaşacağıq. Ancaq ümidvarıq ki, onlar Quzanlıda oynamaqda problem görməyəcəklər. Cari mövsümdə ev oyunlarını orada keçirməməyimiz yalnız texniki şərtlərlə bağlıdır. Gələn mövsümdə stadion məsələsinə daha ciddi yanaşaraq, bununla əlaqədar AFFA, PFL-lə məsləhətləşmələr aparacağıq”.
Qeyd edək ki, ötən mövsümdən sonra Quzanlı stadionunun meydançasında qazonun yaxşılaşdırılması ilə bağlı təmir işləri görülüb.
Mehman SÜLEYMANOV

0
0