“Bakı”mı, “Qarabağ”mı?
16.02.2011 - 00:00
Rusiyanın “Anji” klubu yeni mövsümə hazırlığın son mərhələsini Azərbaycanda keçirmək planını təxirə salmayıb. Apasport.az saytının məlumatına görə, Mahaçqala təmsilçisinin martın 12-də başlayan Rusiya Premyer Liqasının startı ərəfəsində son təlim-məşq toplanışını Bakıda keçirməsi qüvvədə qalır.
Bu müddətdəki hazırlıq planlarını açıqlayan “Anji” martın ilk 10 günlüyündə paytaxtımızda toplanışda olacaq. Bunun “Bakı” klubunun bazasında olacağı açıqlanıb.
“Anji”nin baş məşqçisi Hacı Hacıyev oranı Azərbaycanda ən yaxşı baza sayır. “Anji” Bakıda minimum 1 yoxlama oyunu keçirəcək. Rəqib ya “Bakı”, ya da “Qarabağ” olacaq ki, hələlik seçim edilməyib.

- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
- 114 ittiham üzrə günahkar bilindi - “Mançester Siti” satıla bilər
- “Məlumatların silinməsi iddiası yalandır” - TFF-dən açıqlama
- Klubsuz qalan İkardi: “Mənim artıq hər şeyim var”
- İsmail Kartaldan çempionluq mesajı – Asensio qayıdır
0
0