Poşkus “İnter”də qaldı
16.02.2011 - 00:08
Poşkus “İnter”də qaldı
Litvalı hücumçu Robertas Poşkus "İnter"in əsas heyətində ilk məşqə çıxıb. Apasport.az saytının xəbərinə görə, ucaboy forvard ailə problemlərini əsas gətirərərək "İnter"in Antalyadakı ilk təlim-məşq toplanışına qatılmamış, rəhbərlik də baş məşqçi Kaxaber Sxadadzenin raportuna əsasən onu transferə çıxarmışdı. Ancaq müştəri çıxmadığından Poşkus sonradan əvəzedici komandaya göndərildi.

Artıq Robertasın əvəzedici heyətdəki günləri başa çatıb və o, "Şəfa" stadionunda əsas komandayla məşq edib. Görünür, məşqçilər korpusunun bu qərarına hücum xəttindəki rəqabətin zəifləməsi səbəb olub. Poşkusun yoxluğunda "bankirlər" Girt Karlsonla Baçana Sxadadzenin ümidinə qalmışdı.