UEFA üçün yeni ideya
16.02.2011 - 00:11
UEFA maliyyə Fair Play qaydalarını tətbiq etməyə hazırlaşdığı bir vaxtda klublar gəlirlərini necə çoxalda biləcəyi barədə təşvişə düşüblər. Belə ki, yeni reqlamentə əsasən klublar qazandıqlarından çox xərcləyə bilməyəcəklər. Bu isə onların maddi sıxıntısını artıra bilər.
Lakin "Barselona"nın təklif etdiyi bir ideya hər kəsi düşünməyə vadar edib. Apasport.az saytının xəbərinə görə, klub prezidentinin köməkçisi Xavyer Faus açıqlamasında UEFA-ya Çempionlar Liqası iştirakçıların sayının artırılmasını, ölkə çempionatlarındakı iştirakçıların isə azaldılmasını təklif edib. O, La-liqada mübarizə aparan komandaların 20-dən 18-ə və ya 16-ya endirilməsini, ÇL iştirakçılarının isə 32-dən daha çox olmasını məqsədəuyğun saydıqlarını bildirib. Bununla da, klublar qaydaları pozmadan, daha çox stadion və televiziya gəlirləri hesabına öz büdcələrini artıra biləcəklər.
Faus buna baxmayaraq, "Barselona", "Real", "Mançester Siti" və "Çelsi" kimi klubların öz xərclərində məhdudlaşdırmalar etmək məcburiyyətində qalacaqlarını da sözlərinə əlavə edib.

0
0