“Bizim uğurumuza cənab Prezident şəxsən sevinib”
16.02.2011 - 09:30
“Bizim uğurumuza cənab Prezident şəxsən sevinib”
“Azərbaycanın Prezidenti iqamətgahında bizi qəbul etməklə bizə böyük şərəf verdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “İnter” klubunun futbolçusu David Odikadze deyib.

Gürcüstanlı legioner “Birlik kuboku”nun qalibi olmuş komandasının ölkə Prezidenti İlham Əliyevlə görüşü haqda təəssüratlarını klubun rəsmi internet saytına açıqlayıb: “Prezident İlham Əliyevin qəbuluna düşmək idmançılar üçün böyük şərəfdir! Biz hiss etdik ki, komandamızın çıxışını hamı izləyib və hiss etdik ki, qələbələrimizə bizim uğurumuzu qiymətləndirən və bizi qəbul edən cənab Prezident şəxsən sevinib. Biz sözlə, ifadə olunmayan hisslər yaşadıq-bu, bizim üçün böyük şərəfdir!

Qeyd edək ki. “İnter” ötən ay Rusiyanın Sankt Peterburq şəhərində keçirilən “Birlik kuboku”nun qalibi olub.”