Dünya futbolunda yeni rekord
16.02.2011 - 10:53
Məşhur ispaniyalı futbolçu Raul Qonsales dünya futbolunda yeni rekord müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, Almaniyanın “Şalke” klubunun 34 yaşlı hücumçusu Çempionlar Liqasının 1/8 final mərhələsinin “Valensiya” ilə İspaniyadakı oyununda tarixə düşüb.
Matçdakı bərabərlik qolunun müəllifi olan Raul bununla da avrokuboklar tarixində 70-ci qolunu vurub. Bu göstəricidə mütləq rekord müəyyənləşdirən hücumçu almaniyalı Herd Müllerin 69 qolluq rekordunu arxada qoyub.
Qeyd edək ki, Raul Çempionlar Liqasında vurulan qolların sayında da rekordçudur.

0
0