UEFA-nın Bakıya göndərdiyi “altılıq”
16.02.2011 - 10:58
Futzal üzrə Avropa çempionatının seçmə mərhələsinin 1-ci qrupunun oyunlarını idarə edəcək hakimlər müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycanda keçiriləcək və milli komandamızın iştirak edəcəyi qrupun matçlarına 4 hakim, 1 hakim-inspektor və 1 UEFA nümayəndəsi təyinat alıb.
Fevralın 24-dən 27-dək Bakıda baş tutacaq qarşılaşmalarda ədaləti Borut Siviç (Sloveniya), Sergey Drebujan (Ukrayna), Saşa Tomiç (Xorvatiya) və Yan Kresta (Çexiya) qoruyacaq. Onların işinə Andrea Lastruççi (İtaliya) qiymət verəcəksə, Zoran Dimiç (Serbiya) UEFA-nı təmsil edəcək.
Qeyd edək ki, seçmə mərhələdə yığmamız İspaniya, Fransa və Qazaxıstan futzalçıları ilə mübarizə aparacaq.
24 fevral
18:30. İspaniya – Fransa
21:00. Azərbaycan – Qazaxıstan
25 fevral
18:30. Qazaxıstan – İspaniya
21:00. Azərbaycan – Fransa
27 fevral
18:30. Fransa – Qazaxıstan
21:00. İspaniya – Azərbaycan
Mənbə: affa.az

0
0