Ruiz Bakıda oynayacaq
16.02.2011 - 11:11
Ruiz Bakıda oynayacaq
Futzal üzrə İspaniya milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Avropa çempionatının seçmə mərhələsinin Bakıda keçiriləcək oyunlarında Azərbaycan yığmasının rəqibi olan pireneylilər ölkəmizə 14 futzalçı ilə gələcək.

Son qitə çempionlarının baş məşqçisi Xose Venansio Lopes Azərbaycan, Fransa və Qazaxıstanla oyunlarda Luis Amado, Xuanxo, Ortiz, Borxa (hamısı “İnter Movistar”), Kristian. Torras, Lin, Fernandao (hamısı “Barselona”), Kike, Alvaro (hər ikisi “El Pozo”), Xose Ruiz (“Fisiomedia Manacor”), Alemao, Pola (hər ikisi “Xakobeo Lobelle”) və Rafa Usinə (“Triman Navarra”) güvənəcək.

Qeyd edək ki, seçmə mərhələ fevralın 24-27-də keçiriləcək.
0