Biri “Xəzər Lənkəran”a, biri “Benfika”ya - FOTO
16.02.2011 - 12:40
Biri “Xəzər Lənkəran”a, biri “Benfika”ya - FOTO
“Xəzər Lənkəran”ın yeni transferi Bruno Simaonun kiçik qardaşı Devid Portuqaliya mətbuatının diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, 20 yaşlı yarımmüdafiəçi məşhur “Benfika” klubuna qayıda bilər.

Lissabon təmsilçisinin yetirməsi olan Devid elə müqavilə ilə də bu komandaya məxsusdur. Lakin icarə əsasında “Pakuş Ferreyra”da çıxış edir. İcarəyə verdiyi gənclərdən birini qaytarmaq niyyətində olan “Benfika” rəhbərliyi Nelson Oliveyra ilə kiçik Simao arasında seçim etməyi düşünür.

Qeyd edək ki, Devid Portuqaliyanın U-16, U-17, U-18, U-19, U-20 və U-21 yığmalarında çıxış edib.
0