Qyoko Hacıyevski: Onsuz da mübarizə aparacağıq
16.02.2011 - 14:36
“Klublar arasındakı razılaşmaya əsasən, Fərid Quliyev “Neftçi” ilə qarşılaşmada bizə kömək edə bilməyəcək. Onun oynamasını çox istərdik. Amma onsuz da çıxıb, mübarizə aparacağıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Simurq” klubunun baş məşqçisi Qyoko Hacıyevski deyib.
Qışda icarə əsasında “Simurq”un heyətinə cəlb edilən Fərid Quliyev həftəsonu “Neftçi”yə qarşı oyunda forma geyinməyəcək. Çünki paytaxt klubu müqavilə imzalanarkən, ora belə bir bənd əlavə edib. Tam heyətlə meydana çıxmaq istədiklərini vurğulayan makedoniyalı çalışdırıcı əvəzində “İnter”lə matçda analoji səbəbdən komandaya kömək edə bilməyən futbolçuların xidmətindən yararlanacaq: “Tam heyətlə meydana çıxmaq istərdik. Lakin bu oyunda da alınmayacaq. Əvəzində “İnter”lə qarşılaşmada bu komandadan icarəyə götürdüyümüz və meydana çıxmayan Mario Souza, Tofiq Mikayılov kimi futbolçular bizə kömək edəcəklər”.
Hacıyevski “Neftçi” ilə matç haqda da fikirlərini açıqlayıb: “Oyun çətin olacaq. Onlar Premyer Liqanın ən güclü klubudur. Buna rəğmən, xal almaq üçün mübarizə aparacağıq”.

0
0