Türkiyə klublarının qənimi İstanbulda!
16.02.2011 - 16:00
“Beşiktaş” sabah Avroliqanın 1/16 final mərhələsində Türkiyə təmsilçilərinin qənimi ilə görüşəcək. Apasport.az saytının məlumatına görə, istanbullular 2 dəfə avrokuboklarda rəqib olduğu Kiyev “Dinamo”su ilə münasibətlərini aydınlaşdırmalı olacaq. “Dinamo” Türkiyə klubları üçün avrokuboklarda olduqca çətin rəqibdir. Təsadüfi deyil ki, böyük üstünlüyə malik kiyevlilər Türkiyə klubları ilə 6 dəfə təsnifat mərhələsində görüşərək, 5-də mərhələ keçib.
“Dinamo” “Bursaspor”u Kuboklar Kubokunun ¼ finalında (1974/75 mövsümü), “Trabzonspor”u Çempionlar Kubokunun ilk turunda (1981/82) və Çempionlar Liqasının (ÇL) 3-cü təsnifat mərhələsində (2004/05), “Fənərbaxça”nı ÇL-nin 3-cü təsnifat mərhələsində (2006/07) mübarizədən kənarlaşdırıb. Kiyev təmsilçisi türklərlə keçirdiyi 14 oyunun 8-də qalib gəlib, 4-də bərabərliyə qalıb, 2-də uduzub (topların fərqi 22-9).
“Dinamo”nun “Beşiktaş”la oyunlarına gəlincə, kiyevlilər rəqibini hələ 1986/87 mövsümündə Çempionlar Kubokunun 3-cü mərhələsində mübarizədən kənarlaşdırıb. Bu komandalar UEFA kubokunun 2002/03 mövsümünün 3-cü mərhələsində görüşüblər. Onda “Beşiktaş” İstanbulda 3:1 hesablı qələbə, Kiyevdə qolsuz bərabərliklə mərhələ keçib. “Qara Qartallar” Ukrayna təmsilçiləri ilə oyunlarda mərhələ keçən yeganə Türkiyə klubudur.
Qeyd edək ki, “Beşiktaş”la “Dinamo”nun ilk görüşü İstanbulda keçiriləcək.

0
0